
Son Xeberler
9 abunə
Topçu Vüsalı təhqir edən direktor cəzalandırıldı - FOTO
29.12.2020 05:39
360 baxış sayı
3 dəq. oxuma

Bir müddət əvvəl Vətən Müharibəsində iştirak etmiş 19 yaşlı Vüsal Şahkərimov döyüşlər zamanı ağır artilleriyadan atəş açdığına dair görüntülərlə tanınmışdı. Həmin görüntülər sosial şəbəkələrdə geniş müzakirələrlə səbəb olmuşdu.
Lakin 102 nömrəli tam orta məktəbin direktoru Mailə İsmayılovanın “Facebook” sosial şəbəkəsində topçunu təhqir edəcək rəy yazmışdı.
Məsələ barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, Bakı şəhəri 102 nömrəli tam orta məktəbin direktoru Mailə İsmayılovanın sosial şəbəkələrdə əsgər Vüsal Şahkərimovun görüntülərinə dair yazdığı və sosial şəbəkə istifadəçilərinin geniş müzakirəsinə səbəb olmuş şərhlə bağlı aparılmış araşdırma zamanı məktəb direktoru məsələ ilə bağlı izahatında yazdığı şərhin diqqətsizlik və texniki səhv nəticəsində qeyd olunan şəklin altına yazıldığını bildirib:
“O, bununla bağlı həm sosial şəbəkələrdə üzrxahlıq etdiyini, eləcə də, əsgər V.Şahkərimovun valideynindən şəxsən üzrxahlıq etdiyini qeyd edib.
M.İsmayılovaya sosial şəbəkə istifadəçiləri ilə münasibətdə müəllim adına yaraşmayan davranışlara yol verərək, “Müəllimlərin etik davranış qaydaları”nın tələblərini pozduğuna görə Təhsil nazirinin əmri ilə töhmət verilib”.

Oxşar xəbərlər

Ruslan Qurbanov cəzalandırıldı
Bugun.az
33
04/03 11:25

Müəllimləri təhqir edən qalmaqallı direktorla bağl...
Bugun.az
34
10/03 21:25

Azərbaycanda bu MMC-yə yeni direktor
Son Xeberler
577
28/07 13:13

Tələbəni təhqir etdiyi deyilən direktor:
Son Xeberler
459
19/02 09:26

Ad günü keçirən direktor cəzalandırıldı
Son Xeberler
711
22/12 16:43

Sumqayıtda şagirdi stulla vuran müəllim cəzalandır...
Bugun.az
74
17/12 18:25