🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
8 abunə
Son Xeberler
Son Xeberler
7 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

Təzyiqi daim normada saxlamaq üçün… - Hər gün 2 fincan

13.06.2020 10:46 506 baxış sayı 2 dəq. oxuma
Təzyiqi daim normada saxlamaq üçün… - Hər gün 2 fincan

Təzyiqi daim normada saxlamaq və hipertoniyanın inkişafının qarşısını almaq üçün hər gün çay içmək lazımdır. İlk növbədə söhbət yaşıl çaydan gedir, lakin qara çay da təzyiqi tənzimlənməkdə yardım edə bilər.


Bu haqda tanınmış britaniyalı həkim və diyetoloq Sara Brüer məlumat verib.



Yüksək təzyiq damarlar, ürək və digər həyati vacib orqanları yükləyir, onlarda pozulmaların inkişafına səbəb olur. Hipertoniya infarkt və insultun əsas səbəbidir.


Britaniyalı həkim bildirib ki, çay flavonoidlərlə zəngindir: “Çayın tərkibində olan maddələr qanın qatılığını azaldır, təzyiq və xolesterini aşağı salır. Hər gün ən azı 2 fincan yaşıl çay içən insanda hipertoniyanın riski 65% azalır”.


Həkim qeyd edib ki, yaşıl çay yüksək təzyiqlə mübarizədə daha effektli olsa da, qara çay da kömək edir.

Paylaş: