Tanınmış jurnalistin avtomobilinin 75 litrlik yanacaq çəninə 82 litr benzin “doldurdular” – FAKT
Bakıda “Lukoil” yanacaqdoldurma məntəqəsində tanınmış jurnalist Vamiq Nəsirovun “Hyundai” markalı avtomobilinin 75 litr yanacaq tutumu olan çəninə 82 litr benzin “doldurublar”.
Bu barədə V.Nəsirov özü məlumat verib.
“Lukoil yanacaq doldurma məntəqələrindən birində tam çən yanacaq doldurdum. 75 litr tutumu olan çənə 82 litr yanacaq "vurdular". Üstəlik çəndə ən az 3 litr yanacaq vardı. Məsələni aydınlaşdırmaq istədim. Amma çox konkret bir cavab verdilər. "Nə var, odur". O qədər əmin və qəti cavab verdilər ki, özümdən və Hyundai şirkətindən şübhələndim. Dedim yəqin Hyundai "bezrazmer" yanacaq çəni istehsal edib müştəriləri məlumatlandırmayıb. Hyundai şirkətini məhkəməyə verəcəm. “Lukoil”u isə şahid qismində dəvət edəcəm. Yəqin ki, gələrlər. Axı onlar çox təmiz işləyir. "Nə var, odur"” – V.Nəsirov qeyd edib.
Etiketlər
Oxşar xəbərlər
Yanacaq daşıyan maşın aşıb alışdı - Ölən var
Son Xeberler
MEDİA "Fərdi jurnalist müsabiqəsi"nin nəticələrini...
Bugun.az
Yaponlardan daha bir yenilik
Son Xeberler
Azərbaycana 41 təcili tibbi yardım avtomobili gəti...
Son Xeberler
Salyan və Ağstafada avtomobil yanıb
Son Xeberler
Çinli Şirkətdən Lüks SUV Modelinin Ucuz Qiymətə Sa...
Son Xeberler