
Şəhidlərimizin uyuduğu xiyaban işıqlandırılıb - FOTOLAR

Göyçay Şəhidlər Xiyabanı işıqlandırılıb.
Şəhərin Əli Kərim adına parkında yerləşən xiyabanda Birinci və İkinci Qarabağ müharibəsi zamanı qəhrəmancasına vuruşaraq ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş Vətən övladları uyuyur. Son günlər ərzində onların əziz xatirəsi üçün xiyabanda yüksək səviyyədə yeni təmir işləri yerinə yetirilərək, orada işıqlandırma sistemi yaradılıb və yeni işıq dirəkləri salınıb. Xiyaban əvvəllər işıqsız və qaranlıq vəziyyətdə olduğundan sakinlərin haqlı narazılığına səbəb olurdu.
Bundan əlavə, Şəhidlər Xiyabanı ərazisində fəxri vətəndaşlar üçün də yeni guşə yaradılıb. Həmin guşədə ədliyyə general-mayoru Oqtay Maqsudov və Vətən müharibəsində qəhrəmanlıq göstərərək torpaqlarımızın işğaldan tam olaraq azad olunmasında canlarından keçən şəhid polkovnik-leytenant Vidadi Xəlilovun və şəhid polkovnik Babək Səmidlinin də məzarları var.
Oxşar xəbərlər

Qaradağda dəfn olunmuş şəhidlərimizin nəşi
Son Xeberler

Ağdamın Cümə məscidi işıqlandırıldı -
Son Xeberler

Xatirə İslam: “Şəhidlərimizin xatirəsinə Şam ağacı...
Son Xeberler

Tbilisi teleqülləsi bayrağımızın rənglərinə büründ...
Son Xeberler

Niaqara şəlaləsi Azərbaycan bayrağının rənglərinə...
Son Xeberler

Müdafiə Nazirliyi
Son Xeberler