🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Rusiya və Ermənistan XİN rəhbərlərinin telefon danışığı oldu

27.01.2021 16:38 557 baxış sayı 1 dəq. oxuma
Rusiya və Ermənistan XİN rəhbərlərinin telefon danışığı oldu

Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Ermənistanın XİN rəhbəri Ara Ayvazyanla telefon danışığı olub.

Telefon danışığı zamanı Rusiya, Azərbaycan və Ermənistan liderlərinin Dağlıq Qarabağla bağlı 9 noyabr bəyanatının reallaşdırılması istiqamətində işlər müzakirə olunub.

Həmçinin, təhlükəsizlik aspektləri, humanitar komponent, iqtisadi və nəqliyyat əlaqələrinin blokdan çıxarılması məsələlərinə toxunulub.

Bu kontekstdə bütün region ölkələrinin maraqlarının üst-üstə düşməsi və birgə konstruktiv işlərin əhəmiyyəti vurğulanıb.

Paylaş: