🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
8 abunə
Son Xeberler
Son Xeberler
8 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

“Röyters”məcburi köçkünlərlə bağlı reportaj hazırladı

02.11.2020 17:45 364 baxış sayı 3 dəq. oxuma

“Röyters” agentliyi Bakıda yaşayan azərbaycanlı qaçqın və məcburi köçkünlərlə bağlı reportaj hazırlayıb.

Reportajda vətən həsrəti ilə yaşayan insanların təəssüratları yer alıb.  

"Vətən həsrətini çəkən, Qarabağın sürgündəki azərbaycanlıları qayıtmaq üçün can atırlar" adlı reportajı təqdim edirik:

“Həsən Əhmədovun sonuncu arzusu 25 ildən artıqdır ki, işğal altında olan doğulduğu torpaqlara qayıtmaqdır. 80 yaşlı Bakı sakini Azərbaycan Ordusunun Cəbrayıl rayonununun bir hissəsini işğaldan azad etməsindən sonra arzusuna bir az daha yaxınlaşıb.   

Əhmədov deyir:

“Doğma kəndimiz azad edildi. Ərazilərinn minalardan təmizləməsini və evlərimizi yenidən qurub geri qayıtmağımızı gözləyirik. Atalarımızın və babalarımızın məzarları oradadır".

Reportajda vurğulanır ki, Dağlıq Qarabağ beynəlxalq səviyyədə Azərbaycanın bir hissəsi kimi tanınır, lakin etnik ermənilər tərəfindən məskunlaşdırılıb.

Qeyd olunub ki, Bakıda sakinlər Azərbaycanın 1990-cı illərdə itirdiyi ərazilərin bir hissəsinin geri alındığından və hərbi qazanclardan danışırlar. Şəhərdə reklam lövhələrində və vitrinlərdəki plakatlarda birmənalı bir mesaj var: "Qarabağ Azərbaycandır. Qarabağ bizimdir".

Reportaj zamanı oğlunun dostunu döyüşlərdə itirdiyini vurğulayan mühasib Olqa İsmayılova "oğlanlarımız üçün ağrı hiss edirəm, lakin torpaqlarımızı geri almalıyıq" deyir.

İnşaat işçisi, 42 yaşlı Ramin Əliyev isə yaşına baxmayaraq, Səfərbərlik xidmətinə hərbi xidmətə çağırılmasını və hərbi xidmətdə olarkən qazandığı təcrübədən istifadə etməsini xahiş edən bir çox məktub göndərdiyini söyləyib:

"Mən vətənim uğrunda ölməyə hazıram. Qoy, uşaqlarım mənimlə fəxr etsinlər".

 

 
Paylaş: