🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
8 abunə
Son Xeberler
Son Xeberler
7 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

​“Qələbə paradı”nın Türkiyə-İran münasibətlərinə təsirləri - Siyasi ekspert ŞƏRH ETDİ

17.02.2021 09:36 656 baxış sayı 6 dəq. oxuma
​“Qələbə paradı”nın Türkiyə-İran münasibətlərinə təsirləri -

Bildiyimiz kimi 10 dekabr 2020-ci ildə Bakıda keçirilmiş “Qələbə paradı”nda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın çıxışı zamanı söylədiyi şeirin İran dövləti tərəfindən ciddi skandala səbəb oldu. Bununla bağlı İran Xarici İşlər Naziri Məhəmməd Cavad Zərif öz twitter hesbında paylaşım etdi.

“Atlas” Araşdırmalar Mərkəzinin Asiya və Sakit Okean ölkələri üzrə siyasi eksperti Samir Hümbətov bu mövzuda Metbuat.az-a özəl açıqlama verib.

Həmin müsahibəni təqdim edirik:

Zərif paylaşımında yazır ki, Ərdoğana deyilməyib ki, Bakıda səhv oxuduğu şerin Arazın şimal bölgələrinin öz doğma torpaqları olan İrandan zorla ayrılmasından bəhs edir! O Azərbaycan Respublikasının müstəqilliyinə qarşı danışdığını başa düşmədimi?Heç kim əziz Azərbaycanımız haqqında danışa bilməz.

Bu hadisədən sonra açıqlama verən İran XİN sözcüsü Səid Xətibzadə Türkiyənin İrandakı səfiri Dərya Örsün İran XİN-ə çağrılması və baş vermiş hadisənin sərt şəkildə qınanması, həmçinin İran tərəfinin təcili şəkildə izahat tələb etməsi haqqında məlumat yayıb. İranın atdığı bu addımlardan sonra tərəflər arasında skandal daha da böyüdü. İranın Türkiyədəki səfiri Məhəmməd Ferazmənd Türkiyə XİN-ə çağrıldı və onunla baş vermiş məsələ ətrafında ciddi müzakirələr aparıldı. Daha sonra Türkiyə XİN başçısı Mövlud Çavuşoğlu İranlı həmkarı ilə telefon əlaqəsi yaradıb baş vermiş hadisə ilə bağlı öz etirazını bildirdi. İranın Türkiyədəki səfiri XİN-də keçirdiyi görüşdən sonra verdiyi açıqlamada tərəflər arasında baş vermiş hadisə barədə narahatlığını bildirib. Onun sözlərindən belə qənaətə gəlmək olar ki, Ərdoğana qarşı iddiaların əsası yoxdur və belə məsələlər tərəflər arasında ciddi narahatlıqlar yaratmış olur.

İran və Türkiyə arasında baş vermiş hadisəni diqqətlə araşdırdıqda və təhlil etdikdə orataya bir neçə məqam çıxmış olur. Bu məqamlar həm İran tərəfinin, həm də Türkiyə tərəfinin regionda gedən proseslərə olduqca həssas yanaşdıqlarını və regionda təsir gücünü daha da artırmaq niyyətində olduqlarını açıq şəkildə göstərmiş oldu.

Zərifin paylaşımından belə qənaətə gəlmək olar ki, İran dövləti hələ də Azərbaycan torpaqlarını öz torpaqları hesab edir. Onun Ərdoğanı nəzərdə tutaraq yazdığı “ O Azərbaycan Respublikasının müstəqilliyinə qarşı danışdığını başa düşmədimi?” ifadəsini Azərbaycana qarşı təhdid kimi də qiymətləndirmək olar. Yəni Zərif dolaysıla Azərbaycanı təhdid etmək istədi. Məsələyə İran nöqteyi-nəzərindən yanaşsaq baş düşüləndir.

Çünki II Qarabağ müharibəsi zamanı və ondan sonrakı dövrdə Rusiya və Türkiyə tərəfinin aktivliyi İranın proseslərdən kənarda qalmasına şərait yaratdı. Şübhəsiz ki, İran regionda gedən proseslərdən kənarda qalmaq niyyətində deyil və ona görə də müxtəlif bəhanələrdən istifadə etməyə çalışır. Baş vermiş hadisə görünüşdə İran və Türkiyə arasında baş vermiş hadisə kimi görünsə də, arxa planda Azərbaycanı hədəf aldığı aydın görünür. Düzdür, II Qarabağ müharibəsində İran dövləti Azərabaycanın ərazi bütövlüyü və suverenliyi dəstəklədiyini ifadə etsə də, bu münasibət o qədər də qaneedici deyil.

Ərdoğanın Bakıda keçrilmiş “Qələbə paradı”nda söylədiyi nitqdən belə aydın olur ki, Türkiyə hər zaman olduğu kimi bu gün də Azərbaycana istənilən dəstəyi verir. Əslində Ərdoğan bu fikirləri ilə digər qonşu dövlətlərə mesaj vermiş oldu ki, Azərbaycan tək deyil və onun yanında Türkiyə var. II Qarabağ müharibəsi regionda vəziyyəti tamam dəyişdi. İndi Cənubi Qafqazda Türkiyənin mövqeyi daha da güclüdür.

Paylaş: