🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
8 abunə
Son Xeberler
Son Xeberler
7 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

Qaradağ RİH-də qazilərə vəzifə verildi - FOTOLAR

26.02.2021 10:43 451 baxış sayı 4 dəq. oxuma
Qaradağ RİH-də qazilərə vəzifə verildi -

Qaradağ Rayon İcra Hakimiyyəti başçısı Aparatında yeni yaradılmış Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinə təyinatlar olub.

 Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılovun müvafiq sərəncamına əsasən aprel döyüşçüsü, qazi Həsrət Almasov Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri vəzifəsinə, aprel döyüşçüsü, qazi Röyal Əşrəfov Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin böyük məsləhətçisi vəzifəsinə təyin edilib.

H.Almasov 1990-cı il mayın 1-də Yardımlı rayonunda anadan olub. O 2010-cu ildən Müdafiə Nazirliyinin zabiti kimi hərbi xidmətə başlayıb, 2010-2015-ci illərdə cəbhənin müxtəlif istiqamətlərində xidmət edib. 2015-ci ildə Müdafiə Nazirliyinin Xüsusi Təyinantlı Qüvvələr Kursunu bitirib. 2016-cı il tarixində aprel döyüşləri zamanı cəbhənin Tərtər rayonu Qapanlı-Seysulan kəndi istiqamətində əməliyyat zamanı yaralanıb. 2017-ci ildə yaralandığına görə Müdafiə Nazirliyindən ehtiyata buraxılıb.

Daha sonra Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Qaradağ rayon idarəsinin Çağırış şöbəsinə mütəxəsis vəzifəsinə təyin olunub. Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunması zamanı qazi olub, Prezident təqaüdçüsüdür.

“Hərbi Xidmətdə fərqlənməyə görə”, “Vətən naminə”, “Fədai”, “Vətənpərvərlik işinin təşkilinə görə” və “Silahlı Qüvvələrin yüz illiyi” medalları ilə təltif edilib.

Röyal Əşrəfov 2010-cu ildən Müdafiə Nazirliyinin zabiti kimi hərbi xidmətə başlamış, 2010-2017-ci illərdə cəbhənin müxtəlif istiqamətlərində xidmət edib. 2016-cı il tarixində aprel döyüşləri zamanı cəbhənin Ağdərə rayonu Talış kəndi istiqamətində əməliyyat zamanı yaralanıb. 2017-ci ildə yaralandığına görə Müdafiə Nazirliyindən ehtiyata buraxılmışdır. Daha sonra BORCH WERF MMC şirkətində işləyib.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunması zamanı qazi olub, Prezident təqaüdçüsüdür.

 

 
Paylaş: