🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
8 abunə
Son Xeberler
Son Xeberler
7 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

Qaraciyəri piylənmədən qoruyan, kişilərdə cinsi istəyini artıran BİTKİ

10.07.2020 19:05 1,217 baxış sayı 2 dəq. oxuma
Qaraciyəri piylənmədən qoruyan, kişilərdə cinsi istəyini artıran BİTKİ

Tanınmış fitoterapevt Fizuli Hüseynovun unikal müalicəvi bitki olan demirtikan haqqında məqaləsini təqdim edir.

Dəmirtikan Azərbaycanda çox bitməsinə baxmayaraq az istifadə olunan, lakin olduqca faydalı bitkidir. Başqa bitkilərdə olmayan özəllikləri var. Dəmirtikanın tərkibində olan tribulus adlı maddə hipofiz vəzin fəaliyyətinin pozulması nəticəsində səviyyəsi azalan testesteronun qanda miqdarını artırır. Maraqlıdır ki, bəzən hipofiz vəzdə əmələ gələn şişin təsirindən qanda testesteron səviyyəsi arta da bilər, həmin halda da dəmirtikanın istifadəsi məsləhət görülür.

Tribulus maddəsi qaraciyər fermentlərinin aktivliyini artırır, qaraciyərdə piylənmənin qarşısını alır. Kişilərdə cinsi istəyi və potensiyanı artırır, prostat vəz hiperplaziyalarında vəzin ölçülərini kiçildir.

Bu bitki həmçinin qadınlarda hormonal pozğunluqlarda da istifadə edilir, hamiləlik zamanı baş verən düşüklərin qarşısını almaq üçün istifadə oluna bilər.

Həqiqətən də dəmirtikan təsir xüsusiyyətləri heç bir bitkiyə bənzəməyən qeyri-adi bitkidir.

Tərkibində alkaloidlər çox olduğundan gündə yalnız 1 dəfə 1 çay qaşığı 1 stəkan suda dəmlənib içilməsi məsləhətdir. Artıq qəbulu zəhərlənmə verə bilər, ehtiyatlı olun!

Paylaş: