🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
8 abunə
Son Xeberler
Son Xeberler
7 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

“Qarabağ” - “Vilyarreal” oyunu baş tutmayacaq

08.12.2020 15:41 413 baxış sayı 2 dəq. oxuma
“Qarabağ” - “Vilyarreal” oyunu baş tutmayacaq

"Qarabağ" UEFA Avropa Liqasının qrup mərhələsinin sonuncu turunda İspaniya "Vilyarreal"ı ilə oyunöncəsi növbəti dəfə koronavirus testindən keçib.

Klubun rəsmi saytı bildirir ki, daha iki futbolçuda - Şahruddin Məhəmmədəliyev və Xayme Romeroda testin nəticəsi pozitiv olub.

Daha əvvəl Qara Qarayev, Emil Balayev, İsmayıl İbrahimli, Toral Bayramov, Mahir Emreli, Abbas Hüseynov və Kevin Medinada koronavirus aşkarlanıb.

Bədavi Hüseynov və Patrik Andrade isə zədə səbəbindən növbəti oyunu buraxmalı olacaqlar. Son testləri neqativ çıxan Maksim Medvedev və Musa Qurbanlı da həkim məsləhəti ilə tam olaraq məşqləri bərpa etməyib.

Beləliklə, UEFA-ya təqdim olunan A və B iştirak ərizəsində yer alan 23 futbolçudan 13-ü (hər iki qapıçı) "Vilyarreal"la oyunda iştirak edə bilməyəcək. Bu səbəbdən İspaniya təmsilçisi ilə dekabrın 10-na planlaşdırılan görüş baş tutmayacaq.

Qarşılaşma barədə yekun qərar UEFA tərəfindən veriləcək.

Paylaş: