🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
8 abunə
Son Xeberler
Son Xeberler
7 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

Novruz bayramı ərəfəsində Prezidentdən hər kəsin gözlədiyi QƏRAR...

14.02.2021 15:30 875 baxış sayı 3 dəq. oxuma
Novruz bayramı ərəfəsində Prezidentdən hər kəsin gözlədiyi QƏRAR...

Əfv və amnistiya olacaq.

Bu sözləri hüquq müdafiəçisi Səidə Qocamanlı Musavat.com-a açıqlamasında bildirib. Hüquq müdafiəçisi qeyd edib ki, postmüharibə dövrü üçün əfv və amnistiyanın olması mühümdür:

"Bununla da cəmiyyətdəki əmin-amanlığı, birliyi bir daha nümayiş etdirə bilərik.

Onu qeyd etmək istərdim ki, biz hüquq müdafiəçiləri təkcə siyasi məhbusları deyil, həm də məhbəsdə olan və haqları pozulan, şəraiti pis olan Azərbaycan vətəndaşlarının da hüquqlarını müdafiə edirik, məhkəmə proseslərinin monitorinqlərini aparırıq və sairə.

Zənnimizcə, Novruz bayramı ərəfəsində əfv olacaq. Hüquq müdafiəçiləri olaraq, öz məktubumuzu həm əfv komissiyasına, həm də cənab Prezidentə ünvanlamışıq, siyahını təqdim etmişik. Çox güman ki, may ayında da amnistiya olacaq.

İstərdik ki, amnistiya olacaqsa bu geniş şəkildə olsun və nəhayət ki, cəza çəkmə müəssisələrində yerlər boşalsın. Bu, həm də büdcəyə öz müsbət təsirini göstərər. Məlumdur ki, bir məhbusun saxlanılması üçün büdcədən maliyyə gedir.

Daha bir məsələ, elə məhbuslar var ki, çox ağır xəstədirlər, bəzisi cəzasının böyük bir hissəsini çəkib, bəzilərinin isə ailələrinin vəziyyəti pisdir, mütləq evinə dönüb, övladlarına sahib çıxmalıdırlar”.

Hüquq müdafiəçisi Səadət Bənənyarlı da tezliklə əfv və amnistiya olacağına ümid etdiyini bildirdi:

"Çox istərdik ki, həm əfv, həm də amnistiya olsun. Ona görə ki, əfv maddələrinin bir çoxu amnistiyada öz əksini tapmır.

Siyasi motivlərlə də həbs olunanlar var ki, istərdik ki, onlar da azadlığa çıxsın və nəhayət, siyahı bağlansın.

Beləliklə, hüquq müdafiəçiləri olaraq, bu istiqamətdə addımlar atır və təkliflərimizi bildiririk.

Paylaş: