🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
8 abunə
Son Xeberler
Son Xeberler
7 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

Nazirlər Kabinetindən yeni QƏRAR

17.08.2020 17:35 504 baxış sayı 3 dəq. oxuma
Nazirlər Kabinetindən yeni

Nazirlər Kabineti “İcbari tibbi sığorta üzrə sığorta ehtiyatlarının yaradılması və onlardan istifadə Qaydası”nı təsdiq edib.

Bu Qayda icbari tibbi sığorta üzrə sığorta ehtiyatlarının yaradılmasını və onlardan istifadə qaydasını müəyyən edir.

Qaydaya əsasən, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi  sığorta əməliyyatları üzrə fəaliyyətinin sabitliyini təmin etmək məqsədilə icbari tibbi sığorta fondunun maliyyə mənbələrinin 4 faizi həcmində sığorta ehtiyatlarını yaradır. Sığorta ehtiyatlarının istifadəsinə bu Qaydanın tələbləri nəzərə alınmaqla Agentliyin İdarə Heyətinin qərarı ilə yol verilir.

Sığorta ehtiyatlarının istifadəsinə aşağıdakı hallardan birinin və ya eyni zamanda bir neçəsinin baş verməsi zamanı yol verilir:

- inflyasiya nəticəsində icbari tibbi sığortanın xidmətlər zərfi ilə əhatə olunan tibbi xidmətlərin tariflərinin artımına mütənasib əlavə öhdəliklərin yaranması;

- məzənnə dəyişikliyi ilə əlaqədar Agentliyin xarici valyutada olan öhdəliklərinin həcminin artması;

- Azərbaycan Respublikası Konstitusiyasının 111-ci maddəsinə əsasən hərbi vəziyyət elan olunduqda tibbi xidmətlərə olan yüksək tələbat nəticəsində yaranmış əlavə öhdəliklərin qarşılanması;

- Azərbaycan Respublikası Konstitusiyasının 112-ci maddəsinə əsasən fövqəladə vəziyyət elan olunduqda sığortaolunanlara tibbi xidmətlərin göstərilməsi ilə əlaqədar əlavə maliyyə vəsaitinin tələb olunması;

- icbari tibbi sığorta fondunun maliyyə mənbələri üzrə yığımların proqnozlaşdırılan səviyyədə icra olunmaması nəticəsində öhdəliklərin qarşılanmaması;

- demoqrafik göstəricilərin proqnozlaşdırılmış həddi aşması ilə əlaqədar olaraq tibbi xidmətlərə olan tələbatın artması;

- Bu Qaydada sadalanmayan digər proseslərin təsiri ilə əhalinin xəstələnmə tendensiyalarının dəyişməsi nəticəsində icbari tibbi sığorta ödənişləri üzrə öhdəliklərin ümumi məbləğinin Agentliyin büdcəsində bu xərc istiqaməti üzrə nəzərdə tutulmuş məbləğini aşması.

Paylaş: