🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
8 abunə
Son Xeberler
Son Xeberler
7 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

Naməlum nömrədən gələn zəngin təhlükələri açıqlanıb

09.09.2020 07:51 454 baxış sayı 3 dəq. oxuma
Naməlum nömrədən gələn zəngin təhlükələri açıqlanıb
Sizə zəng edib susurlarsa, məqsəd sizin mövcudluğunuzu yoxlamaqdır. Robot üçün çağırışa verilən cavab səsi abonentin avtikliyinin təsdiqidir. Belə zəngə cavab verəcəyiniz an reklam ismarıcı səslənəcək.
 

"Praym”ın məlumatına görə, bu barədə Rusiya Keyfiyyət Sisteminin ("Roskaçestvo”) mütəxəssisi Alesya Borovikova bildirib.

"Bir qayda olaraq bank, mobil operator və ya başqa şirkətlə müqavilə imzaladığınız zaman bu cür zənglərə razılıq verirsiniz”, - deyə ekspert qeyd edib.

Onun sözlərinə görə, fırıldaqçılar qurbanlarının məlumat bazasını yaratmaq üçün "qara bazar”larda satın alınan bütün nömrələrə kütləvi şəkildə zəng vurur, cavab verilməsini və ya geriyə zəngi əsas götürərək məlumat bazalarını yeniləyirlər.

"Zəngə cavab verərkən, çox güman ki, siyahıda nömrənin aktiv olduğunu təsdiqləyən işarə qoyulacaq, sonra dəstək asılacaq. Növbəti dəfə gələn zəng artıq tələ məqsədi daşıyacaq”, - deyə məlumatda bildirilir.

"Bəzən də naməlum nömrədən zəng gəlir və cavab gözləmədən dəstək asılır. Bu texnikanın məqsədi sizi geri zəng etməyə məcbur etməkdir”, - deyə əlavə edən mütəxəssis bu halda zəngin özünə görə pul silindiyi, ya da hansısa saxta xidmətin "satılmasına” cəhd edildiyi barədə xəbərdarlıq edib.

"Zərərə uğradığınız üçün məhkəməyə müraciət etdiyinizdə isə sizə özünüzün zəng etdiyinizi deyəcəklər”, - deyə o, bildirib.

Borovikova ümumiyyətlə tanımadığınız nömrələrdən gələn zənglərə cavab verməməyi tövsiyə edir.

"Əgər həqiqi şəxs sizinlə əlaqə qurmaq istəsə, o ikinci dəfə sizə zəng edəcək və ya başqa bir əlaqə yolu tapacaq - məsələn, SMS göndərəcək”, - deyə Borovikova sözlərini yekunlaşdırıb. (oxu.az)

Paylaş: