🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
8 abunə
Son Xeberler
Son Xeberler
7 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

Mikayıl Cabbarovdan iqtisadi artımla bağlı

20.01.2021 13:26 354 baxış sayı 2 dəq. oxuma
Mikayıl Cabbarovdan iqtisadi artımla bağlı

"Azərbaycan koronavirus (COVID-19) pandemiyasının təsiri ilə ötən il 4,3% iqtisadi geriləmə ilə üzləşsə də, bu il ölkə Qarabağın işğaldan azad edilməsi ilə 3,4% iqtisadi inkişaf gözləyir".

Bunu "Bloomberg" agentliyinə müsahibəsində İqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.

O, həmçinin deyib ki, beynəlxalq təşkilatların da Azərbaycanın iqtisadi inkişafı ilə bağlı proqnozları nikbindir: "2021-ci ildə Dünya Bankı ölkəmizdə 1,9%, Beynəlxalq Valyuta Fondu isə 2% iqtisadi artım proqnozlaşdırır".

Bundan başqa, nazir əlavə edib ki, 2030-cu ilə qədər Azərbaycan orta illik iqtisadi inkişaf tempini 2 dəfə artıraraq 7%-ə çatdırmağı qarşıya hədəf qoyub.

M.Cabbarov ölkədə koronavirus əleyhinə vaksinasiyanın başladığını və iqtisadiyyatın qapanmış sahələrinin inkişaf edəcəyinə inandığını da qeyd edib.

Paylaş: