
Mehriban Əliyeva: "Ümid edirəm və inanıram ki, Bəhram sağalacaq"

"Bilirəm ki, bir çox soydaşımız bu günlərdə Bəhramın sağalması üçün dua edirlər. Uca Tanrıdan ona güc və xəstəliyə qalib gəlməsinə yardımçı olmasını diləyirəm. Həkimlər onu xilas etmək üçün əllərindən gələni əsirgəmirlər. Ümid edirəm və inanıram ki, Bəhram sağalacaq və biz birgə layihələrimiz və ideyalarımız üzərində işimizə davam edəcəyik. Tanrı xəstəliklə mübarizə aparan hər kəsə kömək olsun. Yaxınlarına və doğmalarına güc və səbr versin".
Bu fikirlər Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın “Instagram” səhifəsində yer alıb.
"Həkimlərimizə və bütün tibb işçilərimizə minnətdaram və onlara sonsuz təşəkkürümü bildirirəm. Hər kəsdən bu xəstəliyin ciddiliyini və təhlükəsini dərk etməsini xahiş edirəm. Özünüzü, doğmalarınızı, yaxınlarınızı qoruyun. Uca Allah hamıya cansağlığı nəsib etsin" - M.Əliyeva əlavə edib.
Oxşar xəbərlər

Mehriban Əliyeva Bəhram Bağırzadə ilə telefonla da...
Son Xeberler

Mehriban Əliyeva xalqı təbrik etdi
Son Xeberler

Mehriban Əliyeva Laçın üçün oxudu -
Son Xeberler

Mehriban Əliyeva: Qələbələrimizə sevinən hər kəsi...
Son Xeberler

Bəhram Bağırzadə Mehriban Əliyevaya təşəkkür etdi
Son Xeberler

İlham Əliyev və Mehriban Əliyeva Balaxanıda
Son Xeberler