
Son Xeberler
9 abunə
Mədəniyyət Nazirliyi qarabağlılara müraciət etdi
23.12.2020 15:14
539 baxış sayı
2 dəq. oxuma

Azərbaycanın Qarabağ bölgəsi qədim tarixi, zəngin maddi mədəniyyət abidələri, ədəbiyyatı, incəsənəti və musiqi irsi, eləcə də adət-ənənələri ilə fərqlənir. Bütün bunlar bədii təfəkkür və yaradıcılığa müsbət təsir göstərən bölgənin əsrarəngiz təbiətinin, təbii sərvətlərinin zənginliyinin nəticəsidir. Qarabağın mədəniyyət xəzinəsində bu elin insanlarının çoxəsrlik adət-ənənələri mühüm yer tutur.
Mədəniyyət Nazirliyi Azərbaycanın Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Ordumuz tərəfindən azad edilən Qarabağımızın təkcə abidələri və mədəniyyət infrastrukturunu deyil, eyni zamanda tarixən bu torpaqlarda mövcud olan mədəni ruhu və əhval-ruhiyyəni bərpa etmək məqsədilə"Yurda qayıdış: Qarabağın adət-ənənələri” layihəsinə start verir.
Nazirlikdən bildirilib ki, layihədə iştirak etmək istəyən Qarabağ elinin insanları bölgənin milli köklərə söykənən rəngarəng həyat tərzini yenidən canlandırmaq üçün tarixən bu torpaqlarımızda mövcud olmuş adət-ənənələr barədə ətraflı məlumatı (yazılı məlumat, xatirələr, foto və video materiallar) aşağıdakı e-mail ünvanlarına ("mövzu” hissəsində layihənin adını qeyd etməklə) və ya nazirliyin rəsmi sosial media hesablarına təqdim edə bilərlər:
Oxşar xəbərlər

Mədəniyyət Nazirliyi vətəndaşlara müraciət edib
Son Xeberler
711
06/08 19:42

Naxçıvan Mədəniyyət Nazirliyində Yeni Təyinat
Bugun.az
93
02/11 15:25

Muğam Mərkəzinə Beynəlxalq Status Verildi
Bugun.az
111
22/10 13:25

Azərbaycanda yüksək vəzifəyə TƏYİNAT
Son Xeberler
450
15/09 07:14

DİN əhaliyə müraciət etdi
Son Xeberler
589
26/10 06:30

Nazir Aydın Bəşirova yüksək vəzifə verdi -FOTO
Bugun.az
6
07/04 10:25