Son Xeberler
7 abunə
Markov: “ATƏT-in Minsk qrupu işinin öhdəsindən gəlmədi”
19.02.2021 16:10
575 baxış sayı
3 dəq. oxuma
"Biz bilirik ki, Ermənistan və Azərbaycan arasında 2020-ci ilin noyabrında Rusiya Federasiyasının vasitəçiliyi ilə əldə edilmiş sülh razılaşması beynəlxalq ictimaiyyətin 2020-ci ildə sülh və beynəlxalq təhlükəsizlik sahəsində əldə etdiyi ən mühüm nailiyyətdir. Hazırda ən əsas şey sülh razılaşmasına riayət edilməsini izləməyimizdir”.
Bunu rusiyalı politoloq, Siyasi Araşdırmalar Mərkəzinin direktoru Sergey Markov Moskva-Bakı telekörpüsü zamanı deyib.
Onun sözlərinə görə, ATƏT-in Minsk qrupu müharibə dövründə işinin öhdəsindən gəlməyib və tərəfləri razılığa gətirə bilməyib. "İndi isə Minsk qrupu bu razılaşmaların ATƏT-də və BMT Təhlükəsizlik Şurasında beynəlxalq səviyyədə təsdiqlənməsinə töhfə verməlidir”, - politoloq bildirib.
Ekspert rusiyalı deputatların Dağlıq Qarabağa səfərinin məqsədlərindən danışıb: "Səfər rusiyalı sülhməramlıların işinin necə aparıldığını görmək və mümkün problemləri qaldırmaq üçün edilmişdi. Ən vacib humanitar missiyalardan birini həyata keçirən sülhməramlılara kömək göstərməkdə hamımız maraqlıyıq. İkinci vəzifəmiz azərbaycanlı tərəfdaşlarla dialoq qurmaqdır”.
S.Markov həll edilməsi lazım olan bir sıra problemləri qeyd edib: "Ermənistan tərəfdən hələ də minalanma xəritələri yoxdur və buna görə də insanlar ölür. Bu gün Ermənistan qarşısında qoyulan əsas tələb xəritələri verməkdir. Onların olmaması ilə bağlı bəhanələr qeyri-ciddi söhbətdir. İkinci problem terror aktı ehtimalıdır. Mümkün qrupların terror aktları törətməsinin qarşısını almaq da Ermənistan hakimiyyəti qarşısında qoyulan ən vacib tələblərdən biridir”.
Ekspert vurğulayıb ki, Azərbaycanın İkinci Qarabağ müharibəsində tam sarsıdıcı qələbə qazanıb və ərazilərini işğaldan azad edib. Nəqliyyat marşrutlarının bərpa edilməsi, onun fikrincə, iqtisadi inkişafa kömək edəcək vacib məsələdir.
Oxşar xəbərlər
BMT-nin Baş katibi mülki əhali ilə bağlı məsələdən...
Son Xeberler
396
01/11 09:22
Bu gecədən müvəqqəti humanitar atəşkəs elan olunur...
Son Xeberler
676
17/10 19:01
ATƏT-in Minsk Qrupu həmsədrləri bəyanat yayıb
Son Xeberler
379
14/09 18:45
“Türkiyənin prosesdə yaxından iştirakı gözlənilir”...
Son Xeberler
397
10/10 12:39
Həmsədrlərlərdən nazirlərin görüşü ilə bağlı
Son Xeberler
462
28/07 15:37
ATƏT mülki itkilərlə bağlı bəyanat yayıb
Son Xeberler
419
17/10 15:46