🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
8 abunə
Son Xeberler
Son Xeberler
7 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

Kürdəmirdə xəstəxanaya müraciət edənlərin sayı artıb

15.06.2020 12:17 480 baxış sayı 2 dəq. oxuma
Kürdəmirdə xəstəxanaya müraciət edənlərin sayı artıb

Kürdəmir rayonunda sərtləşdirilmiş karantin rejimi başlayandan bəri istər rayon mərkəzindən, istərsə də kəndlərdən xəstəxanaya müraciətlərin sayında kəskin artım müşahidə olunur.


Bu barədə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasından məlumat verilib. 


Bildirilib ki, son iki gündə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yüzdən çox müraciət daxil olub. Şöbə müdiri Babək Tahirov deyib ki, müraciət edənlərin böyük əksəriyyəti hərarəti olan ürək çatışmazlığından əziyyət çəkən pasiyentlərdir.


Qeyd edək ki, Kürdəmir rayonunda sərtləşdirilmiş karantin rejiminin tətbiqi ilə əlaqədar 6 həkim briqadası yaradılıb və kənd tibb məntəqələridə gücləndirilmiş iş rejimində fəaliyyət göstərirlər. Sərt karantin rejimi iyunun 16-sı saat 06:00-da başa çatacaq

Paylaş: