🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
8 abunə
Son Xeberler
Son Xeberler
7 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

Koronavirus əleyhinə vaksin allergiyaya səbəb oldu

26.12.2020 07:38 572 baxış sayı 2 dəq. oxuma
Koronavirus əleyhinə vaksin allergiyaya səbəb oldu
ABŞ-ın Boston şəhərində (Massaçusetts ştatı) həkimə vurulan "Moderna” şirkətinin hazırladığı koronavirus peyvəndi kəskin allergik reaksiyaya səbəb olub.
 
Bu barədə "The New York Times” qəzeti xəbər yayıb.
 
Bildirilir ki, peyvənd yerli xəstəxanaların birində çalışan həkimə vurulub.
 
Bir neçə dəqiqədən sonra o allergik reaksiya hiss edib və buna görə də ona allergiya əleyhinə dərman vurulub. Həkim təcili yardım şöbəsinə yerləşdirilib, orada müayinə olunub və bir müddət sonra evə buraxılıb.
 
Onun artıq özünü yaxşı hiss etdiyi qeyd olunur.
 
"Moderna” şirkətindən bildirilib ki, bu hadisəni araşdırmağa hazırdırlar, lakin yeganə allergik reaksiya hadisəsi ilə bağlı şərh verməyə hazır deyillər.
 
Bu "Moderna” peyvəndinə qarşı ilk allergik reaksiya hesab olunur.
 
Daha əvvəl ABŞ-da, "Pfizer” və "BioNTech” tərəfindən ortaq şəkildə hazırlanan peyvəndə qarşı da allergik reaksiya halları olub.

Etiketlər

Paylaş: