🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
8 abunə
Son Xeberler
Son Xeberler
7 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

Kim deyər onların 50 yaşı var? - Zamana meydan oxuyan məşhurlar / FOTOLAR

14.02.2021 16:09 371 baxış sayı 7 dəq. oxuma
Kim deyər onların 50 yaşı var? - Zamana meydan oxuyan məşhurlar / FOTOLAR

Gözəllikləri ilə 90-cı illərin ən məşhur qadınlarına çevrilənlər indi 50 yaşlarına çatsalar belə, onlar üçün zamanın çox əhəmiyyəti yoxdur. Sanki ötüb keçən illərə qarşı müstəqilliklərini elan edirmiş kimi getdikcə gözəlləşirlər. Bəziləri qüsursuzluqlarını genetikalarına borclu olduqlarını dilə gətirir, bəziləri isə gündəlik sağlamlıq vərdişlərindən əl çəkmir.

50 yaşı olmasına rəğmən, cazibərdarlığını qoruyub saxlaya bilən dünyaca məşhur qadınları təqdim edir.

Klaudiya Şiffer (50)

80-ci illərin sonunda diskotekada kəşf edilən alman model üzünə ayda 4 dəfə 90 dəqiqəlik masaj etdirir. 3 uşaq anası olan model yoqa və pilateslə məşğuldur. İti ilə uzun yürüşlərə çıxmağı sevir. Pəhriz saxlamır, sağlam qidalanmağa üstünlük verir.

50 yaş üzeri güzel ve ünlü kadınlar - Magazin haberleri

Naomi Kampbell (50)

İngilis model dövrünün moda sənayesi və mətbuatı tərəfindən supermodel elan olunan 6 qadından biridir. Vegetariandır, yoqa və pilateslə məşğul olur. İldə 3 dəfə qırmızı bibər, limon suyu və ağcaqayın bəkməzindən ibarət xüsusi qarışıq ilə detoks edir.

50 yaş üzeri güzel ve ünlü kadınlar - Magazin haberleri

Cennifer Lopez (51)

Fit bədənini illərdir etdiyi idmana və sağlam qidalanmağa borcludur. Onun üçün bol su içmək ilk qaydadır. Gündə 8 stəkan su içir, tərəvəzlərlə qidalanır, uzun müddət Günəş altında dayanmağı sevmir. Hər gün meditasiya edir.

50 yaş üzeri güzel ve ünlü kadınlar - Magazin haberleri

Cennifer Eniston (51)

Aktrisa 4:30-5:00 radələrində günə başlayır. Səhər ilk olaraq limonlu isti su içir. Gündə 20 dəqiqə meditasiya edir. Banan, qarağat, albalı, kakao ilə səhər yeməyi yeyir. Avokadolu yumurta və qızardılmış çörək də sevir. Yeməkdən sonra 40 dəqiqə yoqa ilə məşğul olur. Velosiped, qaçış sevdiyi idmanlardandır.

50 yaş üzeri güzel ve ünlü kadınlar - Magazin haberleri

Katerina Zeta-Cons (51)

Aktrisa qüsursuz cildi və gözəlliyinin sirrini arqan yağından istifadə, bol su və xoşbəxtliyə bağlı olduğunu deyir. Dərisinin quru olması ona problem yaşatmır. Çünki su içməyi və gecə yatarkən arqan yağından istifadə etməyi sevir.

50 yaş üzeri güzel ve ünlü kadınlar - Magazin haberleri

Salma Hayek (54)

Meksikalı aktrisa üzünü yumadan əsla yatmır. Xəstə və yorğun olması bu vərdişinə əngəl deyil. Botoks etdirməyi sevməyən aktrisa yaşamağı və yemək yeməyi sevdiyini deyir. Yoqa ilə məşğul olarkən özünü çox xoşbəxt hiss edir. Ən yaxşı xoşbəxtlik qaynağının isə həyat yoldaşının ona iltifat etməsi olduğunu bildirir.

50 yaş üzeri güzel ve ünlü kadınlar - Magazin haberleri

Monika Bellucci (56)

16 yaşında modelliyə başlayan italyalı gözəl günə soyuq duşla başlayır. Üzü üçün termal su və canlandırıcı spreydən istifadə edir. Hədsiz makiyajın qadını çirkinləşdirdiyinə inanır. Həftədə 1-2 dəfə şampundan istifadə etmək ona kifayətdir. Saçlarının parlaması üçün zeytun yağından istifadə edir. Fendən əsla istifadə etmir. Sağlam qidalanmağı, üzməyi və bol su içməyi sevir.

50 yaş üzeri güzel ve ünlü kadınlar - Magazin haberleri

publika.az

Paylaş: