Həftəsonu taksi qiymətləri bahalaşdı: Süni artım yoxsa...? - VİDEO
Koronavirus infeksiyasının qarşısını almaq məqsədilə həftəsonları ictimai nəqliyyatın da fəaliyyəti dayandırılıb. Amma taksilərin işləməsinə heç bir qadağa yoxdur. Təbii ki, fərqlənmə nişanı olanlardan başqa. Amma taksi sürücüləri də bu iki günü fürsət bilərək gedişhaqqını qaldırıblar. Buna səbəb nədir?
Taksi sürücüləri süni şəkildə qiymətləri artırıblar.
Bunu şəhərdə apardığımız sorğu deməyə əsas verir. Paytaxt sakinləri deyirlər ki, taksi fəaliyyəti ilə fərdi şəkildə məşğul olan sürücülər və şirkətlər şənbə-bazar günlərini fürsət bilərək gedişhaqqını qaldırıblar. Qiymətlərdə təxminən 50-100 faiz artım müşahidə edildiyi bildirilir.
Sərnişinlərin fikirlərindən belə aydın olur ki, taksi sürücüləri gedişhaqqını ikiqat artırıblar. Amma sürücülər artımın bu günlərdə yox, həftə içi günün pik saatlarında olduğunu deyirlər.
Qiymət artımının səbəbini taksi şirkətlərindən də soruşduq. Bildirdilər ki, qiymət artımı ilə bağlı sualımıza həftənin bazarertəsi cavab verə bilərlər.
Oxşar xəbərlər
Azərbaycanda taksi qiymətləri artdı
Xəbər Anı
Həftəsonu taksilərin işləməyəcəyi ilə bağlı -
Son Xeberler
Tbilisi Prospektində Yeni Taksi Duraqları Yaradıld...
Son Xeberler
Taksi sürücüləri gediş haqlarını artırdı - VİDEO
Son Xeberler
"Maxim" taksi şirkəti 20 min manat cərimə edildi
Bugun.az
"Taksi avtobus deyil" -
Son Xeberler