🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
8 abunə
Son Xeberler
Son Xeberler
7 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

Gözünün altındakı qara ləkə elə bir xəstəliyə çevrildi ki...- FOTOLAR

07.12.2020 08:32 383 baxış sayı 2 dəq. oxuma
Gözünün altındakı qara ləkə elə bir xəstəliyə çevrildi ki...-

Sidneydən olan 29 yaşlı Teri Haypenin sol gözünün altındakı kiçik bir ləkə onun həyatı üçün ciddi təhlükəyə çevrilib.

 5 il əvvəl Terri ikinci uşağına hamilə olarkən onun anası üzündə qəribə bir ləkə gördü. Sol gözünün altındakı kiçik dəri üzünün qalan hissəsindən fərqli idi: Solğun və demək olar ki, şəffaf, bir az parlaq idi. Səkkiz ay sonra Terinin telefonuna xərçəng klinikasından ona müayinə olunmasını xatırladan bir mesaj gəlir.

O bunu bir işarə olaraq qəbul edib görüş təyin etdi. Müayinələr nəticəsində məlum olur ki, qadında bir növ dəri xərçəngi var. Neoplazma təxminən iki Avstraliya sikkəsinin ölçüsündə idi. Dərhal əməliyyat edilən qadın deyir ki, əgər vaxtında həkim müayinəsi getməsəydi görmə qabiliyyətini hətta həyatını itirə bilərdi.

“Gənc olduğumuzda bizə elə gəlir ki, orqanizmamız toxunulmazdır. Ancaq indi sağlamlıq mənim üçün prioritetdir ”.

Paylaş: