Son Xeberler
7 abunə
“Füzuli-Şuşa dəmir yolunun tikintisi layihəsinə bu il start veriləcək”
07.01.2021 11:41
484 baxış sayı
2 dəq. oxuma
"Horadiz-Füzuli və ondan sonra Füzuli-Şuşa dəmir yolunun tikintisi də nəzərdə tutulur. Gərək bunun icra cədvəli təsdiq edilsin”.
Bunu Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 6-da 2020-ci ilin yekunlarına həsr olunmuş videoformatda keçirilən müşavirədə çıxışı zamanı deyib.
Prezidenti İlham Əliyevin sözlərinə görə, Şuşaya vətəndaşlar qayıdandan sonra, əlbəttə ki, bu yol istismara veriləcəkdir: "Amma hər halda indi layihələndirmə işləri gedir, maliyyə vəsaiti də ayrılmalıdır. Şuşaya rahat gediş-gəlişi təmin etmək üçün mütləq dəmir yolu da çəkilməlidir. Bu il bu layihəyə start veriləcək. Eyni zamanda, Horadiz-Ağbənd dəmir yolu da, - Ağbənd Zəngilan rayonunda Ermənistan sərhədinə yaxın olan qəsəbədir, - yenidən tikiləcək. Çünki mənfur düşmən bu yolu dağıdıb və tamamilə sıradan çıxarıb. Naxçıvan dəhlizini açmaq üçün bu yol xüsusi əhəmiyyət daşıyır”.
Oxşar xəbərlər
Bakı-Yalama dəmir yolunun tikintisində bədbəxt had...
Son Xeberler
349
02/02 09:19
Bu istiqamətdə hərəkət 3 aylıq dayandırılır -
Son Xeberler
677
06/08 10:11
Şuşaya çəkilən yoldan -
Son Xeberler
498
24/11 11:38
Prezidentdən 50 milyonluq
Son Xeberler
413
17/11 16:47
İlham Əliyevdən mühüm Sərəncam
Son Xeberler
711
30/07 10:56
Bakıda yeni avtomobil keçidi istifadəyə verildi
Son Xeberler
462
19/02 13:54