🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
8 abunə
Son Xeberler
Son Xeberler
7 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

Fransa-İsrail Oyununda Gərginlik: İsrail Marşı Səsləndikdə Tribünalar Qızışdı

15.11.2024 00:47 19 baxış sayı 2 dəq. oxuma
Fransa-İsrail Oyununda Gərginlik: İsrail Marşı Səsləndikdə Tribünalar Qızışdı

Bütün dünyada İsrailin Filistinə qarşı törətdiyi hücumlar səbəbindən qınaqlara məruz qalan ölkənin marşı bu dəfə Fransada səslənəndə təpki ilə qarşılandı. UEFA Millətlər Liqasının 5-ci turunda Parisdə keçirilən Fransa-İsrail oyunu gərgin anlarla yadda qaldı.


İsrail marşı səslənəndə fransız azarkeşlər onu səssizliyə boğdular. Oyunun başlanğıcından sonra tribunada gərginlik artdı. İki komandanın azarkeşləri Stade de France stadionunda bir-birlərinə hücum etdilər. Fransa polisi kavgaya qarışaraq onları ayırmağa çalışdı.


Hollandiyada da oxşar hadisələr baş vermişdi. İsrailli azarkeşlər 7 noyabrda Amsterdamda UEFA Avropa Liqasında Ajax-Makkabi Tel-Əviv oyunundan əvvəl və zamanı Filistin tərəfdarlarına hücum edib provokasiyalar törətməklə qalmaqal yaratmışdılar. Hollandiyada oyun əvvəli və sonrasında baş verən qalmaqallar nəticəsində 63 nəfər saxlanılmışdı.


Paris Polis Şefi Laurent Nunez, Fransa-İsrail oyununda 4000 polisin xidmət göstərəcəyini, onlardan 2500-ünün Stade de France, Parisin şimal kənarları və ictimai nəqliyyat vasitələrində devriyyə gəzəcəyini söyləmişdi. Bundan əlavə, stadionun 1600 xüsusi təhlükəsizlik işçisi olacağı və İsrail Milli Komandasının seçilmiş polis qüvvələri tərəfindən qorunacağı bildirilmişdi. İsrail komandası oyunun keçiriləcəyi stadiona güclü təhlükəsizlik tədbirləri altında gəldi.


Digər tərəfdən, bir neçə gün öncə stadiona Filistin bayraqlarının gətirilməsi qadağan edilmişdi. Oyun zamanı yalnız Fransa və İsrail bayraqlarının gətirilməsinə icazə verildiyi elan edilmişdi.


Paylaş: