🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Ermənilər 23 günə 61 mülki şəxsi öldürüb

19.10.2020 11:39 450 baxış sayı 1 dəq. oxuma
Ermənilər 23 günə 61 mülki şəxsi öldürüb

Erməni təxribatı nəticəsində ölən və yaralanan Azərbaycan mülki vətəndaşlarının sayı açıqlanıb.

Baş Prokurorluğun Mətbuat xidmətindən verilən məlumata görə, sentyabrın 27-dən hazırkı vaxtadək ermənilərin yaşayış məntəqələrimizi atəşə tutması nəticəsində 61 mülki şəxs həlak olub, 282 nəfər yaralanıb.

Bundan başqa, 341 mülki obyekt, 1846 yaşayış evi və 90 çoxmənzilli yaşayış binası yararsız hala düşüb.

 

 
Paylaş: