
Ərəblər Türkiyədəki Böyük Bankın Nəzarətini Aldı

Abu Dabi İnkişaf Holdinq Şirkəti (ADQ), Bank Audi liderliyindəki səhmdar konsorsiumu ilə Odeabankın %96-nın alınması üçün razılığa gəlib.
Odeabankdan verilən açıqlamada deyilir ki, Bankacılıq Tənzimləmə və Nəzarət Qurumu və Rəqabət Şurasının razılığı alındıqdan sonra bu əməliyyat tamamlanacaq.
ADQ, 2018-ci ildə Abu Dabi Hökumətinin strateji ortağı olaraq yaradılmış, Abu Dabi mərkəzli bir investisiya və holdinq şirkətidir.
Sazişə əsasən, Bank Audinin %76.419 payı, Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) %8.009, Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) %6.362, IFC FIG Investment Company S.a.r.l-nin %3.426 və Mohammad Hassan Zeidanın %1.780 hissəsi ADQ-ya satılacaq.
Qanuni icazə prosesləri ilə bağlı sonrakı inkişaflar barədə Bank tərəfindən məlumat veriləcək.
Oxşar xəbərlər

Azərbaycanın Türkiyədəki səfirliyiməlumat yaydı
Bugun.az

Putin Rusiyanın Türkiyədəki səfirini geri çağırdı
Bugun.az

Türkiyədəki Terror Hücumunda Ölənlerin Sayı 5-ə Ça...
Bugun.az

Kapital Bank 2024-cü il üçün Maliyyə Nəticələrini...
Bugun.az

Suriyalı Müxalif Liderin Türkiyədəki Əmlakı Dondur...
Son Xeberler

“Unibank” sərfəli mikro kreditlər təklif edir
Bugun.az