Ərdoğan Makronla bağlı sözlərini təkrarladı
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan fransalı həmkarı Emmanuel Makronun psixoloji probleminin olması ilə bağlı dediyi sözləri təkrarlayıb.
Bu barədə Baştəpə Milli Konqresindəki çıxışında danışan Ərdoğan Makronu bir daha irqçilik və islam düşmənçiliyində təqsirləndirib.
“Avropalı siyasətçilər Makronun başlatdığı nifrət kampaniyasına artıq “dayan” deməlidir. Makronun xoşuna getməsə də, öncəki gün dediyim sözləri təkrarlamaq istəyirəm. Vəzifəsi, statusu, mövqeyi nə olursa- olsun İrqçilik və İslam düşmənçiliyi insanın zehni ve vicdani mələklərini yox edən bir psixozdur”- deyə Ərdoğan qeyd edib.
Xatırladaq ki, Ərdoğanın sözügedən çıxışından sonra Fransa Türkiyədəki səfiri Herve Maqronu məsləhətləşmələr üçün ölkəsinə geri çağırmışdı.
Oxşar xəbərlər
Ərdoğan Pompeonu niyə qəbul etmədi?
Son Xeberler
Ərdoğan:
Son Xeberler
Lukaşenko və Putin arasında növbəti telefon danışı...
Son Xeberler
Azərbaycanda 20 uşağa Ərdoğan adı qoyulub
Bugun.az
Ərdoğan və Makron arasında telefon danışığı olub
Son Xeberler
Ərdoğanın qardaşı oğlu koronavirusdan vəfat etdi
Son Xeberler