🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
8 abunə
Son Xeberler
Son Xeberler
7 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

Əmanətçilərə verilən kompensasiyanın məbləği açıqlandı

12.09.2020 11:49 393 baxış sayı 2 dəq. oxuma
Əmanətçilərə verilən kompensasiyanın məbləği açıqlandı

Bu ilin iyunun 16-dan sentyabrın 11-dək Azərbaycan Beynəlxalq Bankı tərəfindən ləğv prosesində olan "AGBank" və "NBCBank"ın əmanətçilərinə 180,65 mln. manatdan çox kompensasiya ödənilib.

Əmanətlərin Sığortalaması Fondundan verilən məlumata görə, "AGBank" üzrə 3 851 əmanətçiyə 70,85 mln. manat, "NBCBank" üzrə isə 3 778 əmanətçiyə 109,79 mln. manat kompensasiya verilib.

İyunun 1-dən sentyabrın 11-dək "Kapital Bank" tərəfindən ləğv prosesində olan "Amrahbank" və "Atabank"ın əmanətçilərinə 336,45 mln. manatdan çox kompensasiya ödənilib.

Qeyd olunan müddət ərzində "Amrahbank" üzrə 5 465 əmanətçiyə ödənilən məbləğ 129,74 mln. manat, "Atabank" üzrə isə 8 940 əmanətçiyə 206,70 mln. manat kompensasiya verilib.

Ümumilikdə, sentyabrın 11-nə ləğv prosesində olan 4 bank üzrə 22 034 əmanətçiyə 517,1 mln. manatdan çox kompensasiya ödənilib.

Fond tərəfindən son bağlanan banklar üzrə əmanətçilərin kompensasiyalarının təmin edilməsi artıq yekunlaşmaq üzrədir, tam ödənilmə prosesi qısa zaman ərzində qanunla müəyyən olunan qaydada yekunlaşdırılacaq.

Paylaş: