🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
8 abunə
Son Xeberler
Son Xeberler
7 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

Əhali internetin keyfiyyətindən razıdırmı? - ARAŞDIRMA

17.09.2020 13:19 536 baxış sayı 4 dəq. oxuma
Əhali internetin keyfiyyətindən razıdırmı? -

Yüksək sürətli internet hər kəs üçün arzu olsa bəzən müəyyən ərazilərdə mövcud olmur. Əsas veb gəzintisi üçün bir çox insan peyk və ya mobil qaynar nöqtələrdən istifadə edir.

Son vaxtlar provayderlərin fəaliyyəti nəzərə çarpacaq dərəcədə aktivləşib. Bu, onların əhatə dairəsini genişləndirməsi ilə yanaşı, tariflərdə və xidmətin keyfiyyətində də özünü göstərməyə başlayıb.

Bəs Azərbaycanda fəaliyyət göstərən internet provayderlərinin fəaliyyətindən əhali nə qədər razıdır?

Aparılmış sorğu nəticəsində bəlli olub ki, ümumi olaraq 74 faiz istifadəçi ölkədə internetin keyfiyyətindən razıdır. 54 faiz istifadəçi isə tez-tez internet qırılmalarından şikayətçi olduğunu bildirib.

İnternet problemi yaranan zaman texniki dəstək xidmətinə müraciət labüd olur.İnternet istifadəçilərinin 45 faizi bildirib ki, onlar texniki dəstək xidmətindən narazıdırlar.

50-faiz istifadəçi isə deyib ki, ümumiyyət ilə çağrı mərkəzinin xidmətlərindən yararlana bilmir.

Azərbaycanda fəaliyyət göstərən internet provayderlərinin 53 faizi sürətli fəaliyyət göstərir. Sərfəli, əhalinin cibinə uyğun fəaliyyət göstərənlər isə 13 faizdir.

Aparılmış sorğu nəticəsində məlum olub ki, Azərbaycanda aylıq internet üçün orta statistik ödəniş 16 manatdır.

Qeyd edək ki, ölkədə internet provayderlər arasında birinci pillədə qərarlaşan “KATV’’ şirkətidir. Həmçinin “KATV” öz müştərilərinə fiber-optik şəbəkələr üzərindən internet şəbəkəsinə məhdudiyyətsiz 100 Mbit/s sürətli qoşulma xidmətini təqdim edir. “Birlink” internet provayderi “KaTv”dən sonra üçüncü ən yaxşı internet provayderi sayılır.


Aparılmış statistik araşdırmaya əsasən çox da məmnun olmasalar da daha çox istifadə edilən internet provayder şirkəti “Aztelekom”-dur. Araşdırmada iştirak edən sorğu iştirakçılarının 14 faizi “Bakinternetin” internet xidmətlərini tanıdığını bildirib.

Qeyd edək ki, məqalədə istifadə olunan iqtisadi göstəricilər Metbuat.az-ın "ERA" Marketinq Mərkəzindən aldığı məlumatlara əsaslanır.

Etiketlər

Paylaş: