Son Xeberler
7 abunə
EGE hospitalda dəhşət: - Xəstə öldü, həkim meyiti aradan çıxartdı
06.07.2020 16:38
681 baxış sayı
5 dəq. oxuma
Bakının məşhur klinikalarından EGE hospitalın kardiocərrahiyyə şöbəsində xəstə ölümü ilə bağlı ağlasığmaz hadisə baş verib.
Belə ki, klinikanın kardiocərrahı Ülvi Mirzoyev 67 yaşlı Əliyəsər Xasməmmədov adlı pasiyentin səhv əməliyyat nəticəsində ölümü və həkimlik etikasına sığmayan hərəkətlərinə görə ailəsi tərəfindən günahlandırılır.
Məhrumun ailə üzvləri tərəfindən daxil olan şikayəti olduğu kimi təqdim edir:
“İyunun 24-də atamızı ürəyində narahatlığı ilə bağlı Ege hospitala Ülvi Mirzoyevin qəbuluna apardıq. Guya bu həkim adlı-sanlı, stend qoymaq üzrə peşəkar həkim idi. Atamı dərhal Anju (angioqrafiya) etdirən həkim çıxıb dedi ki, 98 % damarları tıxanıb, bunu belə qoymaq olmaz. Əgər imkan varsa, elə bu gün stend qoyaq, xəstəni ikinci dəfə incitməyək.
Biz razılaşdıq, sonra həkim dedi ki, atanıza 6 stend qoyulmalıdır, 10 min manat edir. Biz təəccübləndik ki, birdəfəyə bu qədər stend olarmı? Dedi hətta 8-ni birdən qoyduğumuz xəstə olub. İnandıq. Pulu gətirdik.
3 gündən sonra atam evə yazıldı, 4-ü gecə onun ürəyi tutdu. Təcili yardım çağırdıq, onlar təəccübləndilər ki, 6 stendi qoymaq olmazmış.
Atamı heç yerə aparmadılar. Səhər özü öz ayağı ilə Ülvinin yanına getdi. Kassada 1500 manat yenidən ödəyib, Ülvi baxıb deyib ki, təcili açıq ürək əməliyyatı lazımdır.
Anam deyir həkim mənə sənəd, kağız uzadır ki, imzalayın ki, əməliyyata razısız. Anam deyib, qoy xəstəni görüm, sonra. İstəyib atamla məsləhətləşsin, ya görsün vəziyyəti necədir.
Həmin an həkim əməliyyatxanaya qayıdır, 3 dəqiqəyə qayıdıb deyir ki, xəstə öldü.
Deməli, bu vicdansızlar anama sənədə qol çəkdirib, pulu da alıb, ölmüş adamı guya əməliyyat edəcəkdi, sonra da deyəcəkdi, əməliyyatdan çıxmadı.
Xəbər ailəmizə çatanda klinikaya getdik, Ülvi maşınına minib qaçmışdı.
Biz başımızı itirmişdik, hələ meyiti təhvil almamışıq. Bizə deyirlər ki, Ülvi öz cibindən 200 manat verib, atamin meyitini təcili yardımla məscidə yuyub kəfənləməyə göndərib, ordan da tapşırıb ki, rayona apararsız?
Biz bunu eşidəndə dəli olduq. Axı kim icazə verib ki, klinika ailəsinin izni, xəbəri olmadan meyiti harasa göndərsin? Biz Bakıda yaşayırıq. Atamı rayona hara göndərmək istəyib? Ya bu həkimin ağlı qaçıb, ya bizim?
Bu nə vəhşilikdir, bu nə qəddarlıqdır?
Hər kəsə demək istəyirik ki, biz səhv etdik, nə bu klinikaya, nə o cəllad Ülvi kardiocərraha müraciət etməyin. Diqqətli olun, hər əməliyyata razılaşmayın”.
Ailə hazırda dəfn və yas işləri ilə məşğul olduğundan yaxın 1-2 gündə məsələ ilə bağlı prokurorluğa müraciət edəcək, eləcə də EGE hospitalın rəhbərliyindən açıqlama və maddi təzminat tələb edir.
Oxşar xəbərlər
“Dəhşət” ləqəbli erməni polkovniki məhv edildi
Son Xeberler
609
06/10 05:09
PS2-də İz Qoyan Dəhşət Oyunu Yenidən Doğulur!
Son Xeberler
46
30/09 13:03
Anasını yad kişiylə yataqda tutan məktəbli dəhşət...
Son Xeberler
643
10/02 08:37
Daha bir hərbçimiz şəhid oldu - RƏSMİ
Son Xeberler
397
28/01 17:40
2 ay komada qalan qazimizdən xəbər var -
Son Xeberler
591
01/03 05:48
Azərbaycanda DƏHŞƏT: Kişi arvadını yatdığı yerdə q...
Son Xeberler
372
22/01 18:30