🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

DYP-dən vətəndaşlara VACİB MÜRACİƏT

20.01.2021 07:14 390 baxış sayı 1 dəq. oxuma
DYP-dən vətəndaşlara

Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi vətəndaşlara müraciət edib.

Bunu açıqlamasında İdarənin bölmə rəisi polis polkovniki Vaqif Əsədov deyib.

O bildirib ki, bu gün 20 yanvar faciəsinin ildönümü ilə əlaqədar vətəndaşların Şəhidlər Xiyabanını ziyarəti ilə bağlı Parlament prospektindən Şəhidlər Xiyabanı istiqamətində avtomobillərin hərəkətinə məhdudiyyət qoyulub:

“Sürücülərdən xahiş olunur ki, həmin istiqamətdə şəxsi avtomobillərdən istifadə etməsinlər. Məqsəd ziyarətçilərin təhlükəsiz hərəkətini təmin etməkdir. Həmçinin, bu gün saat 12:00-da sükut olacaq, yollarda bütün avtomobillər bir dəqiqəlik dayanacaq”.

Paylaş: