Son Xeberler
7 abunə
Dünya Bankı Azərbaycanla bağlı səhvini düzəltdi - FOTO
17.12.2020 09:48
378 baxış sayı
4 dəq. oxuma
Dünya Bankının hesabatına görə, Azərbaycan dünyanın ən islahatçı on ölkəsindən biridir.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən verilən məlumata əsasən, Dünya Bankı Qrupunun mühüm nəşrlərindən hesab edilən "Doing Business” Hesabatında qeydə alınan məlumat uyğunsuzluqları ilə bağlı Dünya Bankının Daxili Auditi tərəfindən aparılan müstəqil araşdırmanın nəticələri elan edilib.
Aparılan müstəqil araşdırmanın nəticəsində Azərbaycanın "Doing Business” 2020 hesabatında mövqeyi 6 pillə yaxşılaşdırıb, ölkəmiz bir daha dünyanın "Ən islahatçı on ölkəsi” sırasına daxil olub.
Bildirilib ki, 27 avqust 2020-ci il tarixində Dünya Bankı tərəfindən yayımlanan press-relizdə bir sıra üzv ölkələrin "Doing Business” hesabatındakı məlumatlarının Bankın daxilində emal edilməsi prosesində uyğunsuzluqlar aşkarlanıb, bunun mahiyyətinin müəyyən edilməsi istiqamətində müstəqil araşdırma aparılacağı qeyd edilib.
Dünya Bankının 16 dekabr 2020-ci il tarixli press-relizində qeyd edilir ki, Dünya Bankının Daxili Audit strukturları tərəfindən 2016, 2017, 2018, 2019 və 2020-ci illər üzrə məlumatların müfəssəl diaqnostikası aparılıb, ölkələrin reytinqlərinin bu dəyişikliklərin hesabatın metodologiyaları ilə uyğunluğu bir daha nəzərdən keçirilib və nəticədə ölkələrin göstəriciləri ilə bağlı məlumatlar yenilənib.
Müvafiq araşdırmalar nəticəsində Azərbaycanda 3 istiqamətdə aparılan islahatların "Doing Business 2020” hesabatında lazımınca qiymətləndirilmədiyi məlum olub.
Müvafiq diaqnostik qiymətləndirmə 4 ölkəni - Azərbaycan, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və Çini əhatə edib.
Düzəlişlərdən sonra "Doing Business 2020” hesabatında Azərbaycanın əldə etdiyi bal 76,7 baldan 78,5 bala qədər artırılıb. Bununla da, ölkənin qlobal reytinq sıralamasında mövqeyi 191 ölkə arasında 34-dən 28-ə yüksəlib. Bu mövqe irəliləməsi nəticəsində Azərbaycan Dünya Bankı tərəfindən yenidən "dünyanın ən islahatçı on ölkəsindən biri” kimi qiymətləndirilib.
Azərbaycanın "Doing Business” Hesabatındakı reytinqinin 3 göstərici üzrə yenilənməsi haqda məlumat:
Oxşar xəbərlər
Ermənistanın Azərbaycanla sərhəd bölgəsində partla...
Son Xeberler
737
03/08 11:05
Rusiya MN Qarabağla bağlı səhvi düzəltdi - FOTO
Son Xeberler
660
05/01 19:26
Rusiya Azərbaycanla uçuşları bu tarixdən bərpa edi...
Son Xeberler
404
03/02 11:32
Ermənistan Müdafiə Nazirliyi -
Son Xeberler
682
27/07 07:05
Paşinyan: Ermənistan Azərbaycanla Sülh Müqaviləsin...
Bugun.az
71
08/10 16:25
BDU-dan qovulan tələbə üzr istədi -
Son Xeberler
476
28/11 17:47