Dr. Mehmet Özə ABŞ-də yüksək vəzifə təklif edildi
Seçilmiş ABŞ prezidenti Tramp, sosial media hesabında tanınmış həkim Dr. Mehmet Özün Medicare və Medicaid xidmətləri üzrə Milli Mərkəzin direktoru vəzifəsinə namizədliyini irəli sürdüyünü açıqlayıb. Tramp, ölkənin ciddi səhiyyə böhranı ilə üzləşdiyini və bu problemlərin öhdəsindən gəlmək üçün Dr. Özdən daha bacarıqlı birinin olmadığını vurğulayıb.
Harvard Universitetindəki təhsilini və karyerasını xatırladan Tramp, Dr. Özün Amerika səhiyyə sistemindəki bir çox problemin həllinə töhfə verə biləcəyinə əminliyini ifadə edib. Qeyd edək ki, Medicare 65 yaşdan yuxarı əhalinin səhiyyə xərclərini ödəyən federal proqramdır, Medicaid isə aztəminatlı ailələrin səhiyyə ehtiyaclarını qarşılayan federal və yerli hökumətlərin ortaq proqramıdır.
ABŞ-da 2023-cü ildə Medicaid proqramına 860 milyard, Medicare proqramına isə 848 milyard dollar vəsait ayrılıb.
Oxşar xəbərlər
Təhsil Əlaqələri Mütəxəssis vakansiyası
Edumap.az Təhsil Portalı
Super Liqa klubu Qurban Qurbanova təklif göndərdi
İdman Xəbər
“Bir növ adətkərdə olub”: 31-ci dəfə intihara cəhd...
Son Xeberler
MediaTek Dimensity 9400: Güclü Telefonlar Üçün Yen...
Texnologiya xəbərləri
Redmi K80 Seriyası: Daha Yüksək Qiymət, Daha Çox İ...
Texnologiya xəbərləri
Yüksək vəzifə verilən Gülməmmədov onun qardaşı imi...
Bugun.az