🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
8 abunə
Son Xeberler
Son Xeberler
7 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

Donald Trump'ın maaşı və sərvəti: Təfərrüatlar

07.11.2024 11:47 23 baxış sayı 3 dəq. oxuma
Donald Trump'ın maaşı və sərvəti: Təfərrüatlar

ABŞ-ın yeni prezidenti Donald Trump'ın illik 400 min dollar (təxminən 14 milyon manat) maaş alacağı məlum olub. Lakin əsl gəlirinin sosial media və daşınmaz əmlak yatırımları üzərindən davam edəcəyi deyilir.


Media & Technology Group adlı sosial media şirkətinin səhmlərindən milyonlarla dollar gəlir əldə edir. Trump'a məxsus Truth Social platforması, xüsusən son aylarda sürətlə qiymətlənib. Şirkətin səhm qiyməti ilin əvvəlindən bəri 100%-dən çox artıb və yalnız keçən ay 85% dəyər qazanıb. Bu artımlar, Trump'ın media şirkəti üzərindən ciddi bir sərvət qazana biləcəyini göstərir.


Ekspertlər sərvətini müzakirə edirlər


Trump'ın net sərvəti ilə bağlı müxtəlif fikirlər var. Bloomberg'ə görə, Trump'ın sərvəti hazırda 6,49 milyard dollardır. Forbes keçən həftə verdiyi proqnozda bu məbləği 8 milyard dollar olaraq göstərib. Wall Street Journal isə bu rəqəmin daha yüksək olduğunu, Trump'ın sərvətinin 7,5 ilə 10 milyard dollar arasında ola biləcəyini irəli sürüb. Trump'ın əsas gəlir mənbəyi olan daşınmaz əmlak yatırımları sərvətinin əsasını təşkil etməyə davam edir.


Səhmləri pula çevirmək çətin


Trump'ın media şirkətindəki 114,75 milyon səhminin ümumi dəyəri kağız üzərində çox yüksəkdir. Lakin Florida Universitetinin maliyyə üzrə professoru Jay Ritter'ə görə, bu səhmlərin dəyəri seçki prosesində dalğalanır. Hazırda səhm başına qiyməti təxminən 35 dollardır. Bu halda Trump'ın media səhmlərinin ümumi dəyəri təxminən 4 milyard dollar olaraq görünür. Ancaq Trump bu səhmləri nəğdə çevirməyə çalışarsa, bütün gəlir üzərindən kapital qazanc vergisi ödəməli olacaq. Ritter'ə görə, vergi endirimlərindən sonra Trump'ın bu səhmlərdən əldə edəcəyi net gəlir 800 milyon dollara qədər düşə bilər.


Prezidentlik sərvətinə təsir etməyəcək


Trump ikinci prezidentlik dövründə maaşını alsada, əsas gəlirini səhmləri və daşınmaz əmlak yatırımları təşkil edəcək. Ekspertlərə görə, Trump'ın prezident olması, daşınmaz əmlak sektorundakı aktivlərinin dəyərini çox da dəyişməyəcək. Ancaq Trump Media səhmlərindəki dəyəri qoruması və artırması, Trump'ın varlılığını davam etdirə bilməsi üçün vacib bir amil olacaq. Haber7'də dərc olunan məlumata görə, Tuttle Capital Management şirkətinin baş direktoru Matthew Tuttle Fortune'a verdiyi açıqlamada "Trump, DJT səhmlərindən xeyli gəlir əldə etdi" ifadələrini işlədib. Trump'ın media yatırımlarının gələcəkdə hansı dəyərə çatacağı həm bazarların, həm də ictimaiyyətin marağını cəlb etməyə davam edəcək.


Paylaş: