🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
8 abunə
Son Xeberler
Son Xeberler
7 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

Davos İqtisadi Forumu təxirə salındı

26.08.2020 16:39 474 baxış sayı 2 dəq. oxuma
Davos İqtisadi Forumu təxirə salındı

Hər il yanvar ayında İsveçrənin Davos qəsəbəsində keçirilən Dünya İqtisadi Forumu növbəti il təxirə salınacaq.

“Haber Global” xəbər verir ki, buna səbəb bütün dünyada tüğyan edən yeni növ koronavirus – COVID-19 pandemiyasıdır.

Forumun sözçüsü Adrian Monk bununla bağlı yazılı açıqlama yayımlayıb.

Açıqlamada bildirilib: “Bu qərarı vermək asan olmadı, çünki qlobal liderlərin ortaq bərpa planını hazırlamağa və pandemiyadan sonrakı dövrlə bağlı müzakirələr üçün bir araya gəlməsi çox aktualdır. Bununla belə, mütəxəssislərin tövsiyəsi budur ki, yanvar ayında biz bunu təhlükəsiz şəkildə edə bilməyəcəyik”.

Monk tədbirin nə vaxt keçirilməsi ilə bağlı dəqiq tarix verməsə də, növbəti il yayın əvvəllərində keçiriləcəyini qeyd edib.

Qeyd edək ki, 1971-ci ildən bəri hər il istisnasız olaraq yanvar ayında baş tutan Davos Dünya İqtisadi Forumunda 120 ölkədən üç mindən çox dövlət rəsmisi, siyasətçi, biznesmen və QHT təmsilçiləri və akademiklər iştirak edir.

Paylaş: