
Son Xeberler
9 abunə
Çində iş adamı korrupsiyaya görə edam edildi
29.01.2021 16:41
449 baxış sayı
2 dəq. oxuma

Çinin ən böyük dövlət maliyyə təsisatlarından olan "Harong Asset Management”in sabiq rəhbəri Lai Xiaomin bir sıra cinayətlərdə təqsirli bilinərək Tiancin Şəhər Məhkəməsinin qərarı ilə edam edilib.
Keçmiş iş adamına qarşı 1,8 milyard yuan (277 milyon ABŞ dolları) məbləğində vəsaiti talamaq və başqa korrupsiya əməlləri, habelə çoxevliliklə bağlı ittihamlar irəli sürülmüşdü.
Məhkumun hansı yolla edam edildiyi göstərilməsə də, edamdan əvvəl yaxınları ilə görüşünə icazə verildiyi bildirilir.
Barəsində hökm bu ay verilən Lai Xiaomin 2009-2018-ci illər ərzində 25 milyon yuandan artıq ictimai vəsaiti qəsb etməkdə, habelə bütövlükdə 1,7 milyard yuan məbləğində rüşvətxorluqda şübhəli bilinərək 2018-ci ilin aprel ayında istintaqa cəlb edilmiş və işindən, habelə partiya üzvlüyündən xaric edilmişdi.
"Amnesty İnternational” beynəlxalq hüquq müdafiə təşkilatına görə, ildə minlərlə müttəhimin edama məhkum edildiyi Çin bu baxımdan dünyada liderdir.
///Report
Oxşar xəbərlər

Saxta içki satanlar edam olundu
Xəbər Anı
193
23/10 11:38

İranda daha iki nəfər edam edildi
Bugun.az
51
30/03 11:25

SON DƏQİQƏ! Tanınmış iş adamı vəfat etdi
Son Xeberler
600
16/02 10:41

ABŞ-da son 67 ildə ilk
Son Xeberler
501
20/11 05:32

Edam məhkumları həbsxanadan belə qaçdı - VİDEO
Son Xeberler
570
12/01 19:36

Edamını gözləyərkən ürəktutmadan ölən qadının cəsə...
Son Xeberler
813
24/02 12:48