🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
8 abunə
Son Xeberler
Son Xeberler
7 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

Büdcədə ÜDM azaldılır - RƏSMİ

04.08.2020 14:15 437 baxış sayı 2 dəq. oxuma
Büdcədə ÜDM azaldılır -

2020-ci ilin dövlət büdcəsinə yenidən baxılması məqsədilə hazırlanmış müvafiq sənəd və məlumatlarda ümumi daxili məhsulun (ÜDM) cari il üçün göstəricisi konkret olaraq göstərilməyib.

Bu,barədə Hesablama Palatasının “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında” qanuna dəyişikliklə bağlı hazırladığı rəydə yazılıb.

Bildirilib ki, təqdim olunmuş izahatda büdcə gəlirlərinin ÜDM-ə nisbətinin 35,3 faiz olması qeyd edilib.

“Aparılmış hesablamalar 2020-ci il üçün ÜDM-in nominal ifadədə 68 milyard 339 milyon 900 min manat nəzərdə tutulduğunu göstərir. Eyni zamanda, real ifadədə ÜDM-in 5 faiz azalacağı proqnozlaşdırılıb”.

Beləliklə, ÜDM-in nominal ifadədə proqnozu 14 milyard 981 milyon 600 min manat, artım tempi isə səkkiz faiz bəndi azaldılıb. Əvvəlki proqnozda 3 faiz artım nəzərdə tutulmuşdu.

Etiketlər

Paylaş: