🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
8 abunə
Son Xeberler
Son Xeberler
7 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

Bu şəxslərin təhsil haqları dövlət tərəfindən ödəniləcək

07.09.2020 12:16 612 baxış sayı 2 dəq. oxuma
Bu şəxslərin təhsil haqları dövlət tərəfindən ödəniləcək

Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların təhsil haqqı ilə bağlı güzəşt onlar övladlığa götürüldükdə də saxlanacaq.

Təhsil haqqında" qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Qüvvədə olan qanuna görə, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslər bütün tipdən olan dövlət təhsil müəssisələrində, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsində, habelə bələdiyyə və özəl ali, orta ixtisas və peşə təhsili müəssisələrində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilir.

Layihəyə əsasən, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar övladlığa götürüldükdə də bu hüquqü saxlayacaqlar.

Paylaş: