🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
8 abunə
Son Xeberler
Son Xeberler
7 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

Bu şəxslərin kreditin borcu silinəcək? - AÇIQLAMA

28.06.2020 09:29 730 baxış sayı 3 dəq. oxuma
Bu şəxslərin kreditin borcu silinəcək? -
"COVİD-19-la mübarizədə ön cəbhədə dayanan tibb işçilərinə müəyyən imtiyazlar verilə bilər. Ancaq bu o demək deyil ki, banka olan borcların hamısı silinməlidir. Bu elə məsələdir ki, istənilən bank bunu könüllülük prinsipi əsasında həyata keçirə bilər. Sadəcə qanunla hansısa bankı kredit borcu olan tibb işçisinin borclarının silinməsinə güzəşt etməyə məcbur etmək doğru deyil”.
 
Bu fikirləri Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev koronaviruslu xəstələrlə mübarizədə çalışan tibb işçilərinin kredit borclarının silinməsi məsələsinə münasibət bildirərkən deyib. Komitə sədri tibb işçilərinə güzəşt və imtiyazların verilməsini də istisna etməyib:
 
"Tibb işçilərinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı cənab prezidentin sərəncamı var. Nazirlər Kabineti onların əmək haqlarını artırıb. Qanunla tibb işçilərinə güzəşt və imtiyazlar verilə bilər. Peşə xəstəliyi və xəsarəti səbəbindən koronavirusla mübarizədə sağlamlığını itirən tibb işçilərinə, polislərə, sosial təminat işçilərinə əlavə sığorta haqları tətbiq oluna bilər. Bunlar emosional təkliflər səsləndirməklə yox, qanunla tənzimlənən məsələlərdir. Düşünürəm ki, qanuna əlavə və dəyişikliklər də etmək olar. Kiminsə bank borcu silinsin, ictimai nəqliyyatdan pulsuz istifadə etsin, kommunal xərclərdən azad olunsun kimi təkliflər çox ola bilər. Hesab edirəm ki, bunların hamısı qanunla tənzimlənməlidir”. 
Paylaş: