Son Xeberler
7 abunə
Bu cərimələr də artırıldı - YENİ MƏBLƏĞ
18.12.2020 08:48
615 baxış sayı
6 dəq. oxuma
Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə cərimələr artırılır.
Bu, Milli Məclisin bu gün keçiriləcək iclasında birinci oxunuşda müzakirə edilən İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.
Bununla bağlı İnzibati Xətalar Məcəlləsinin 211.1 maddəsinə müvafiq dəyişiklik təklif edilir.
Qüvvədə olan qanuna görə, epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə vəzifəli şəxslər 3000 manatdan 4000 manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, 1 ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər 4000 manatdan 10 000 manatadək məbləğdə cərimə edilir.
Təklif olunan dəyişikliyə əsasən, epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə vəzifəli şəxslər 4000 manatdan 5000 manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, 1 ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər 5000 manatdan 11 000 min manatadək məbləğdə cərimə edilir.
Hazırda epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə fiziki şəxslər yüz manat məbləğində, vəzifəli şəxslər iki yüz manat məbləğində, hüquqi şəxslər dörd yüz manat məbləğində cərimə edilir. Dəyişikliyə əsasən, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə vəzifəli şəxslər 300 manat məbləğində, hüquqi şəxslər 600 manat məbləğində cərimə ediləcək.
Hazırda həmin xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə fiziki şəxslər iki yüz manat məbləğində, vəzifəli şəxslər dörd yüz manat məbləğində, hüquqi şəxslər səkkiz yüz manat məbləğində cərimə edilir.
Dəyişikliyə əsasən, həmin xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə fiziki şəxslər 200 manat məbləğində, vəzifəli şəxslər 600 manat məbləğində, hüquqi şəxslər 1200 manat məbləğində cərimə ediləcək.
Qeyd olunub ki, son aylarda epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması nəticəsində yaşanan yüksək yoluxma halları müşahidə edilir. İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsində nəzərdə tutulan cərimələrin yetərli olmaması, inzibati xətanın təsirinin artırılması, maddədə nəzərdə tutulan məhdudiyyətlərə daha ciddi yanaşılması, sahibkarlar tərəfindən ciddi nəzarət tədbirlərinin görülməsi və koronavirusun yayılmasının qarşısının alınması tədbirlərinin səmərəliliyinin artırılması məqsədilə bu dəyişiklik təklif edilir.
Qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.
Oxşar xəbərlər
Daxili Qoşunların Hərbi Qulluqçularının Maaşları A...
Bugun.az
40
10/10 07:25
Call of Duty: Modern Warfare və Warzone üçün Yenil...
Son Xeberler
39
01/10 17:03
Maskaya görə cərimələr yenidən artırıldı -
Son Xeberler
438
18/12 08:20
Ədliyyə Nazirliyinin İşçilərinin Maaşları Artırıld...
Bugun.az
47
23/10 14:25
Maskaya görə cərimələr artırıldı
Son Xeberler
494
26/12 12:23
XƏBƏRDARLIQ: Cərimələr sərtləşdirilə bilər -
Son Xeberler
456
08/08 08:24