🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
8 abunə
Son Xeberler
Son Xeberler
7 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

Birgə Monitorinq Mərkəzindən yeni görüntülər - VİDEO

30.01.2021 14:27 899 baxış sayı 6 dəq. oxuma
Birgə Monitorinq Mərkəzindən yeni görüntülər - VİDEO

Xəbər verdiyimiz kimi, bu gün Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənov, Rusiya Müdafiə nazirinin müavini general-polkovnik Aleksandr Fomin və Türkiyə Milli Müdafiə nazirinin müavini Yunus Emre Karaosmanoğlu işğaldan azad edilmiş Ağdam rayonu ərazisində inşa edilmiş Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin açılış mərasimində iştirak ediblər.

Müdafiə Nazirliyindən verilən məlumata görə, Azərbaycanın Müdafiə naziri, Rusiya Federasiyası Müdafiə nazirinin müavini və Türkiyə Respublikası Milli Müdafiə nazirinin müavininin iştirakı ilə mərkəzin rəmzi açılışını bildirən lent kəsilib.

Baş plan üzərində birgə mərkəzin yerləşdiyi ərazi, buradakı modul tipli inzibati, xidməti və yaşayış otaqları barədə mərasim iştirakçılarına ətraflı məlumat verilib.

Sonra qonaqlar ərazidəki monitorinq mərkəzi və brifinq zalı ilə tanış olublar. Onlara birgə mərkəzin təyinatı, fəaliyyəti, vəzifə və tapşırıqları barədə qısa məlumat verilib. Bildirilib ki, Ağdam rayonu ərazisində yerləşən mərkəzin əsas məqsədi Azərbaycan Respublikasının Prezidenti, Rusiya Federasiyasının Prezidenti və Ermənistan Respublikasının baş naziri tərəfindən imzalanmış üçtərəfli bəyanatın maddələrinin və əldə olunan razılaşmaların icrasına nəzarət etməkdir.

Qısa brifinqdən sonra qonaqlar mərkəzin sıra meydanına gəliblər. Azərbaycan, Rusiya və Türkiyənin dövlət himnləri səsləndirildikdən sonra mərkəzin şəxsi heyəti ilə görüş keçirilib.

Tədbirdə çıxış edən Z.Həsənov birgə mərkəzin regionda uzunmüddətli sülhün təmin edilməsinə töhfə verəcəyinə ümid etdiyini bildirərək onun şəxsi heyətinə gələcək fəaliyyətində uğurlar arzulayıb.

Tədbirdə həmçinin çıxış edən A.Fomin və Türkiyə Y.E.Karaosmanoğlu birgə mərkəzin tam həcmdə fəaliyyət göstərməsi üçün görülən işlərə və mərkəzdə yaradılan şəraitə görə Azərbaycan tərəfinə təşəkkürlərini bildiriblər.

Qeyd olunub ki, mərkəz birgə fəaliyyət nəticəsində qarşısında duran vəzifə və tapşırıqların öhdəsindən layiqincə gələcək, habelə bölgədə sülhün və sabitliyin təmin edilməsinə nail olacaq.

Daha sonra mərasim iştirakçıları mərkəzin ərazisində yaradılmış infrastrukturla tanış olub, burada şəxsi heyət üçün quraşdırılmış modul tipli otaqlara baxış keçiriblər. Bildirilib ki, mərkəzin binası və ərazidəki modul tipli yataqxana, idman zalı, yeməkxana, hamam-camaşırxana kompleksi, tibb məntəqəsi lazımi avadanlıq, mebel dəsti, kommunikasiya xətləri, istilik sistemi, su və elektrik xətləri və digər vasitələr ilə təchiz edilib. Ərazidə avtomobil dayanacağı fəaliyyət göstərir.

Mərkəzlə tanışlıqdan sonra qonaqlar şəxsi heyətlə birgə nahar edib.

Tədbir Türkiyə-Rusiya dostluq xiyabanında ağacların əkilməsi və qrup fotosunun çəkilməsi ilə başa çatıb.









Paylaş: