“Bəzən şəhərləri azad edirik, 1-2 gün sonra açıqlama veririk”
“Onların mövqeləri əsasən təpələrdə idi və bu istehkamları yarmaq çətin bir iş idi”.
Bunu Prezident İlham Əliyev “Haber Global” telekanalına müsahibəsində deyib:
“Biz bir neçə yerdən müdafiəni yardıq, artıq hansı təmas xəttindən söhbət gedə bilər? Azərbaycan ordusunun xilaskarlıq missiyası davam edir. Hər gün biz yeni ərazilər azad edirik. O mövqelər şərt deyil ki, kənd olsun yaxud şəhər olsun, təpə olsun, dağ olsun, o da önəmlidir. Şəhərlərə biz onsuz da qayıdacağıq. Bizim üçün əsas məsələ starteji yüksəklikləri almaqdır. İndi Hadrutun bütün ətrafı bizim nəzarətimizdədir, şəhərdə də biz varıq. Amma şəhərə girək, ya girməyəkş Bu, başqa məsələdir. Bizim qarşımızda indi belə bir siyasi vəzifə yoxdur ki, mütləq bu gün oranı elan edək, sabah oranı elan edək. Bəzi hallarda biz kəndləri, şəhərləri azad edirik, bir-iki gün sonra açıqlama veririk. Bunun da taktiki var”.
Oxşar xəbərlər
“Azərbaycana bütün imkanlarımızla dəstək veririk”...
Son Xeberler
“Biz itirilmiş qurbanlarımızın qisasını döyüş meyd...
Son Xeberler
Baş Nazir vacib qərarda dəyişiklik etdi -
Son Xeberler
“Apple” təsdiqlədi:
Son Xeberler
Azərbaycanın tanrı məbədi “Xudavəng” -
Son Xeberler
Smart sayğaclar mexanikilərlə niyə əvəzlənir? -
Son Xeberler