🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
8 abunə
Son Xeberler
Son Xeberler
7 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

Baş nazir mühüm qərarı təstiq etdi SON DƏQİQƏ

30.07.2020 17:18 654 baxış sayı 3 dəq. oxuma
Baş nazir mühüm qərarı təstiq etdi

Baş nazir Əli Əsədov “Ümumi təhsil müəssisələrinin növlər üzrə Meyarları”nın təsdiq edilməsi haqqında qərar imzalayıb.

Bununla bağlı Nazirlər Kabinetinin rəsmi saytında məlumat yerləşdirilib.

Bildirilib ki, bu meyarlar ümumi təhsil müəssisələrinin növlərinə dair tələbləri müəyyən edir.

Bu meyarlar əsasında ümumi təhsil müəssisələri qanunla müəyyən edilən aşağıdakı ümumi təhsil müəssisələrinin növlərinə aid edilir:

1. ibtidai ümumtəhsil məktəbi;
2. ümumi orta ümumtəhsil məktəbi;
3. tam orta ümumtəhsil məktəbi;
4. lisey;
5. gimnaziya;
6. ümumtəhsil internat məktəbi;
7. inteqrasiya təlimli internat tipli təhsil müəssisəsi;
8. inteqrasiya təlimli ümumi təhsil müəssisəsi;
9. xüsusi məktəb;
10. xüsusi internat məktəbi;
11. inteqrasiya təlimli internat tipli gimnaziya;
12. valideyn himayəsindən məhrum uşaqlar üçün ümumtəhsil internat məktəbi.

Bu meyarlar müəyyən edilərkən, “Təhsil haqqında”, “Ümumi təhsil haqqında”, “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında” və “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası qanunlarının tələbləri nəzərə alınır.

“Ümumi təhsil müəssisələrinin növlər üzrə Meyarları” ilə buradan tanış ola bilərsiniz.

Paylaş: