Son Xeberler
7 abunə
“Azəriqaz”dan qaz sayğaclarının kartlarının verilməsi ilə bağlı YENİLİK -
16.02.2021 13:44
457 baxış sayı
5 dəq. oxuma
Sabahdan - fevral ayının 17-dən etibarən dövlət yoxlanışı zamanı əhali abonentləri üçün quraşdırılan əvvəlcədən ödənişli qaz sayğaclarının ödəniş kartlarının aktivləşdirilməsi "ASAN xidmət” və "ASAN Kommunal” mərkəzləri ilə yanaşı, Bakı şəhərinin rayonları üzrə yerli qaz xidmət sahələrində də həyata keçiriləcək.
Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.
Bildirilir ki, kütləvi şəkildə sayğac əvəzlənməsi qeydə alınan ərazilərdə isə abonentlərin yuxarıda sadalanan məkanlara getməsinə ehtiyac qalmayacaq. Onların qaz sayğaclarının ödəniş kartlarının aktivləşdirilməsi səyyar avtomobillərlə fəaliyyət göstərəcək Müştəri xidməti şöbəsinin əməkdaşları tərəfindən təmin olunacaq.
Qeyd edək ki, "Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev bu gün bu barədə əlaqədar struktur rəhbərlərinə müvafiq göstərişlər verib. Abonentlərin əvvəlcədən ödənişli qaz sayğaclarının ödəniş kartlarını almasında hər hansı bir problemin yaşanmaması üçün bütün imkanların səfərbər olunması tapşırılıb.
Xatırladaq ki, mövcud qaydalara görə əhali abonent qrupunun istifadəsində olan qaz sayğacları 5 ildən bir dövlət yoxlanışı üçün açılaraq götürülür, yerinə isə yenisi quraşdırılır.
Oxşar xəbərlər
Vətəndaşların NƏZƏRİNƏ :
Son Xeberler
533
18/08 13:59
Bu gündən yeni qaz sayğaclarının quraşdırılmasına...
Son Xeberler
345
01/02 09:13
Cənub rayonlarında QAZ NİYƏ YOXDUR? -
Son Xeberler
456
21/01 08:42
“Azəriqaz” güncləndirilmiş iş rejimində işləyəcək
Son Xeberler
434
12/06 10:35
Xırdalandakı partlayışın səbəbi -
Son Xeberler
376
26/01 13:52
“Azərişıq” və “Azəriqaz”da qiymətlər bahalaşır?
Son Xeberler
1,057
02/03 18:18