🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
8 abunə
Son Xeberler
Son Xeberler
7 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

Azərbaycanda əsgərlik 2 il olacaq? - AÇIQLAMA

23.02.2021 18:23 699 baxış sayı 3 dəq. oxuma
Azərbaycanda əsgərlik 2 il olacaq? - AÇIQLAMA

2020-ci ilin oktyabr ayında hərbi xidmətdən təxris edilməli olan əsgərlər hələ evə buraxılmayıblar. Buna səbəb kimi sentyabr ayının 27-də Vətən Müharibəsinin başlanması göstərilir. Maraqlı məqam odur ki, yanvar ayında da təxris prosesi həyata keçirilmədi. Bu isə özlüyündə müxtəlif ehtimalların ortaya çıxmasına şərait yaradır. Cəmiyyətdə dolaşan şayiələrə görə, hərbi xidmət müddəti ali təhsilli şəxslər üçün 1,6 il, orta təhsillilər üçün isə 2 il olacaq.

Məsələ ilə bağlı yenisabah.az-a danışan ehtiyatda olan polkovnik, hərbi ekspert Şair Ramaldanov bildirib ki, Azərbaycanda çağırış da, təxris da ölkə başçısının fərmanına əsasən, həyata keçirilir:

"Əvvəlcədən belə bir məlumat da vardı ki, aprelin 15-dək əsgərlərin təxrisi uzadılacaq. Bu onunla bağlıdır ki, yanvar ayında xidmətə çağırılan əsgərlər 3 ay ixtisas kursu keməlidir. Bundan sonra onlar hərbi hissələrə gedəcəklər və hərbi hissələrdə artıq xidmət vaxtı başa çatan şəxsi heyət təxris olunacaq. Hərbi hissələrdə də bu haqda məlumat mövcud idi. Yəni uzadılan və ya qısaldılan heç nə yoxdur. Azərbaycan Respublikasının qanunu var və onun çərçivəsində də bütün məsələlər həll olunacaq. Bu isə sadəcə bir çağırışın uzadılmasıdır. Məlumdur ki, gənc əsgərlər birdən-birə döyüşə bilməz. Onlar hələ bərkiməyiblər. Heç olmasa, gənc əsgər kursu keçməlidirlər. Sonra ixtisas üzrə gedib xidmət keçəcəklər. Narahatlığa səbəb yoxdur. Bu heyətin vaxtı ona görə uzadıldı ki, səfərbərliklə gələn heyəti buraxaq. Çünki onların ailələri var. Aprelin 15-də hamısı təxris olunacaq. Qanunda dəyişiklik yoxdur”.

Paylaş: