🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
8 abunə
Son Xeberler
Son Xeberler
7 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

Azərbaycanda bu bələdiyyələrin vəzifəli şəxslərinə cinayət işi açıldı - SİYAHI

12.02.2021 13:28 383 baxış sayı 2 dəq. oxuma
Azərbaycanda bu bələdiyyələrin vəzifəli şəxslərinə cinayət işi açıldı -

Azərbaycanda bir neçə bələdiyyənin vəzifəli şəxsləri barədə cinayət işləri açılıb, bəzi bələdiyyələrin vəzifəli şəxsləri barəsində isə sənədlər hüquqi qiymət verilməsi üçün istintaq orqanlarına göndərilib.

Bu, "Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi haqqında” sənəddə əksini tapıb.

Sənəddə qeyd edilib ki, Bakı şəhəri, Sabunçu rayonunun Ramana, Biləsuvarın Əliabad, Masallının Kolatan, Ucarın Qaracallı, Xaçmazın Qaraçaycek, Ağcabədinin Aran bələdiyyələrinin vəzifəli şəxsləri barəsində Cinayət Məcəlləsinin müxtəlif maddələri cinayət işləri başlanılıb.

Həmçinin Bakı şəhəri, Suraxanı rayonu Bülbülə, Qusarın Samur, İmişlinin Hacırüstəmli, Ağstafanın Dağ Kəsəmən, İsmayıllının Topçu, Daşkəsənin Qabaqtəpə, Sabirabadın Quruzma, Cəlilabadın Muğan, Beyləqanın Şəfəq və digər bələdiyyələrin vəzifəli şəxsləri barəsində toplanan sənədlər hüquqi qiymət verilməsi üçün istintaq orqanlarına göndərilib.

Paylaş: