🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
8 abunə
Son Xeberler
Son Xeberler
7 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

Azər Türk Bankın ekosistemində daha bir yenilik

18.01.2021 10:57 365 baxış sayı 3 dəq. oxuma
Azər Türk Bankın ekosistemində daha bir yenilik
Dövlət bankı Azər Türk Bank öz fəaliyyətinin zamanın tələbinə, müasir dünyanın meyarlarına tam uyğunlaşdırılması istiqamətində daim fəal iş aparır.
 
Bank son illərdə müştərilərə onlayn xidmətlərin çeşidinin və kanallarının artırılması üçün əhəmiyyətli işlər görür.
 
Qeyd edək ki, bu yaxınlarda  Bakı şəhərində  müştərilərin istifadəsinə verilmiş  „Rəqəmsal" filialı Azər Türk Bankın qurduğu biznes ekosistemində özünəməxsus yeri olan və Bankın yeni innovativ xidmət şəbəkəsində, həmçinin ölkə bank sistemində bir ilk oldu.
 
Hazırda Azər Türk Bank özünün filial şəbəkəsinin modernləşdirilməsi işini davam etdirməkdədir. Belə ki, Bankın „Bakı" filialının bazasında müştərilərə xidmət fəaliyyəti bu konsepsiyaya uyğun olaraq yenidən qurulmaqdadır.
 
Bankın  yeni qurulan elektron ofislərində terminallar və kompyuterlərdən özünəxidmət üçün istifadə etməklə müştərilərin burada istənilən bank xidmətini internetdən, mobil əlavədən və digər vasitələrlə məsafədən əldə edə bilməsi üçün hər bir şərait mövcuddur. Həmçinin bütün xidmət və məhsulların, əməliyyatların elektron formatda təklifi  mümkündür.  
 
Bankın son dövrdə ərsəyə gətirdiyi ekosistem, yenilənən xidmət şəbəkəsi vasitəsilə, Azərbaycanda tələb oluna biləcək ən müasir sistemləri və məhsulları təqdim etməyə imkan verir.
 
Daha ətraflı məlumatı https://atb.az/  saytından, bankın sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən, WhatsApp (055) 7770 945, yaxud (012) 945 nömrəli Çağrı Mərkəzindən əldə edə bilərsiniz.
Paylaş: