🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
8 abunə
Son Xeberler
Son Xeberler
8 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

Ağdamın minalardan təmizlənməsinə başlanılır

04.01.2021 12:36 451 baxış sayı 2 dəq. oxuma
Ağdamın minalardan təmizlənməsinə başlanılır

Yanvarın 5-dən Rusiyanın Mülki Müdafiə, Fövqəladə Hallar və Təbii Fəlakətlərin Nəticələrinin Aradan Qaldırılması üzrə Nazirliyinin əməkdaşları ilk olaraq Ağdam rayonu ərazisində ayrılmış 100 hektar ərazinin minadan və partlamamış hərbi sürsatlardan təmizlənməsi əməliyyatlarına başlayacaq. Artıq Rusiya tərəfi xüsusi avadanlıqları Azərbaycana gətirib. Əməkdaşlar Azərbaycan Fövqəladə Hallar Nazirliyinin Ağdam rayonunun Quzanlı qəsəbəsində yerləşən Qarabağ Regional Mərkəzinin ərazisində yerləşəcəklər.

Bunu Azərbaycan Fövqəladə Hallar nazirinin müavini Ragim Lətifov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, Rusiyanın “Lider” xüsusi riskli xilasetmə əməliyyatları mərkəzinin rəisi, general-mayor Anatoliy Savvin bildirib ki, bu gün Rusiya Fövqəladə Hallar Nazirliyinin mina və partlamamış hərbi sürsatlardan təmizlənməsi üzrə xüsusi qrupu imzalanmış üçtərəfli sazişə əsasən, Azərbaycan tərəfinə təhvil verilmiş ərazilərə gəliblər.

O qeyd edib ki, missiyanın məqsədi döyüş zamanı bu ərazilərdə partlamamış hərbi sürsatların təmizlənməsini həyata keçirməkdir: “Bu qrupun şəxsi heyəti 20 nəfərdən ibarətdir. Bura pirotexniklər, minaaxtaranlar, kinoloqlar və şəxsi heyətin təlim keçirilməsi üzrə instruktorlar daxildir. Qrup ərazilərin minalardan təmizlənməsi üçün bütün texniki avadanlıqlarla təchiz edilib”.

Paylaş: