
Son Xeberler
9 abunə
Acı xəbər gəldi: Əsgərimiz həlak oldu
29.07.2020 08:24
917 baxış sayı
2 dəq. oxuma

Bu gün saat 09:15 radələrində Dövlət Sərhəd Xidmətinin (DSX) Qaradağ rayonunda yerləşən “N” saylı hərbi hissəsinin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu 2019-cu ilin aprel ayında həqiqi hərbi xidmətə çağırılmış əsgər Qurbanlı Natiq Elçin oğlu təsərrüfat işlərinin görülməsi zamanı ehtiyatsızlıq səbəbindən baş vermiş bədbəxt hadisə nəticəsində vəfat edib.
Bu barədə DSX-nin Mətbuat Xidməti məlumat yayıb.
Dövlət Sərhəd Xidmətinin və Hərbi Prokurorluğun əməkdaşları tərəfindən hadisə ilə əlaqədar müvafiq araşdırma aparılır.
Dövlət Sərhəd Xidmətinin rəhbərliyi hərbi qulluqçunun ailəsinə və yaxınlarına dərin hüznlə baş sağlığı verir.
Oxşar xəbərlər

Türkiyə Monteneqronu Yendi
Bugun.az
135
11/10 21:25

Qarabağ Liderliyə Yüksəldi
Son Xeberler
140
29/09 17:25

"Sefirin kızı"na Neslihanın yerinə o gəldi -
Şou Xəbər
559
19/01 13:41

Tramp Qələbə Çaldı, Berat Albayrak Gündəmə Gəldi
Son Xeberler
104
06/11 15:47

ACI XƏBƏR GƏLDİ: Azərbaycanda dəhşətli hadisə - Öl...
Son Xeberler
1,071
27/12 06:21

Çempionlar Liqasında Gərginlik: Ukrayna-Rusiya Müh...
Son Xeberler
101
28/11 15:47