ABŞ-ın Əsədin ittihamlarına cavabı: Qətiyyətli mövqe
ABŞ Dövlət Departamenti Suriyadakı hadisələrlə bağlı açıqlamasında Əsədi qanlı əlləri olan amansız bir diktator kimi təsvir edərək, Suriyaya siyasətlərində dəyişiklik olmadığını vurğuladı.
Suriyanın müxalif qüvvələrinin Əsəd rejiminə qarşı apardıqları əməliyyatlar nəticəsində Hələb də daxil olmaqla bir sıra əhəmiyyətli şəhərləri ələ keçirməsi, uzun müddət susan Əsədi ABŞ-ı hadisələrdə günahlandırmağa vadar etdi.
ABŞ isə gecikdirmədən cavab verdi və Əsədin əllərinin günahsız insanların qanı ilə ləkələnmiş amansız bir diktator olduğunu bir daha təsdiqlədi. Bu açıqlamada ABŞ-ın Suriyaya olan siyasi yanaşmasında heç bir dəyişiklik olmadığı bildirildi.
İran prezidenti ilə telefon danışığı zamanı Əsəd, başı verənləri ABŞ-ın bölgədə öz maraqlarına uyğun olaraq xəritəni yenidən çəkmək cəhdi kimi qiymətləndirdi. Onun fikrincə, terrorun artması, ölkənin parçalanması və ABŞ və Qərbin maraqlarına uyğun olaraq xəritənin yenidən çəkilməsi kimi genişmiqyaslı məqsədləri əks etdirir.
Qeyd edək ki, noyabrın 27-də Suriyanın şimalındakı Hələb ətrafında Əsəd rejimi ilə müxalif silahlı qruplar arasında şiddətli toqquşmalar başlamışdı. Qısa müddətdə müxaliflər Hələbin qərb kənarından mərkəzə doğru irəliləyərək, İdlib ətrafında da bir çox ərazini ələ keçirmiş, nəticədə Hələb şəhərinin böyük bir hissəsini nəzarətlərinə almışdılar.
Oxşar xəbərlər
Əsədin Rəhbərliyinin Sərhədləri Sındı
Son Xeberler
Çıxışı zamanı Bəşər Əsədin halı pisləşdi -
Son Xeberler
İspaniya İsrailə Silah Göndərilməsini Dayandırmağa...
Bugun.az
Ərdoğan zalı tərk etdi
Xəbər Anı
Erməni təxribatlarına Azərbaycanın cavabı nə olaca...
Son Xeberler
Gəncədə mülki əhali xəsarət almayıb
Son Xeberler